• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya sülhməramlıları Qarabağa lazımdırmı?

Rusiya sülhməramlıları Qarabağa lazımdırmı?
15.04.2024 16:10
Erməni əhalisinin Dağlıq Qarabağı tərk etməsindən sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına ehtiyac azalıb.  Bu fikri Qazeta.Ru-ya müsahibəsində Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, deputat Konstantin Zatulin deyib.
 
Onun sözlərinə görə, Azərbaycan  qoşunların çıxarılması məsələsini qaldırarsa Rusiya bunu məğlubiyyət və ya güzəştı getmək kimi qəbul edə bilər. 

"Bu gün Qarabağda sülhməramlıların olması Rusiya-Azərbaycan  münasibətlərindən asılıdır.  Qarabağda erməni əhalisi olmadığından sual yaranır ki,  bizim sülhməramlılarımızın orada nə işi var? Hesab edirəm ki, Azərbaycan rəhbərliyi hələ də onların geri çəkilməsi ilə bağlı sualları təkcə ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt kimi, hərbçilərimizin Rusiya Federasiyasından kənarda olmasının vurduğu ziyan kimi qiymətləndirilməsin. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasına ehtiyac azalır”, Zatulin bildirib. 

Deputat hesab edir ki, Rusiyanın sülhməramlı qoşunlarının Qarabağda olması erməni əhalisinə mənsub evlərin dağılmamasına zəmanət yaradır. 

"Mən sülhməramlılarımızın qalmasını, məsələn, erməni əhalisi tərəfindən tərk edilən evlərin, tarix və mədəniyyət abidələrinin dağılmamasına zəmanət kimi dəyərləndirirəm. Bəzi ermənilərin Dağlıq Qarabağa qayıdacağı ilə bağlı müəyyən ümidlər var. Lakin Azərbaycanın ermənilərin geri qayıtması üçün rəsmən irəli sürdüyü şərtlər çətin ki, onların qayıtmasını asanlaşdırsın. Ona görə də burada Rusiya sülhməramlılarının qalması çox çətindir",  -  deputat bildirib. 

Aprelin 15-də Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə danışıqlardan sonra artıq razılaşdırılmış prinsiplər əsasında Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib.
 
O deyib ki,  söhbət 1991-ci il Almatı Bəyannaməsinin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasından və respublikalar arasında delimitasiyanın həyata keçirilməsindən, eləcə də suverenlik və yurisdiksiyaya hörmət prinsipləri əsasında regional infrastrukturların blokdaadan çıxarılmasından gedir. 

2020-ci il sentyabrın sonunda Qarabağda aparılan 44 günlük müharibə nəticəsində  Ağdam, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli və Laçın rayonları, həmçinin Şuşa və Hadrut Azərbaycanın nəzarətinə keçib.

2023-cü ilin sentyabrında Dağlıq Qarabağın başçısı Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma Dağlıq Qarabağ Respublikasının mövcudluğuna xitam verilməsi haqqında fərman imzalayıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb

Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
Siyasət 12:22
Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq
Siyasət 12:06
Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol