• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb
18.04.2024 13:48
Azərbaycan 2024-cü ilin yanvar-fevralında Türkiyəyə 1 milyard 605 milyon 550,8 min kubmetr qaz ixrac edib. Bu barədə Dövlət Statistika Komitəsi  məlumat verib.

Hesabat dövründə Türkiyəyə ixrac edilən  Azərbaycan qazının dəyəri 499 milyon 775,63 min dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 17,7 dəfə və ya 1 milyard 514 milyon 880,43 min kubmetr, dəyər ifadəsində isə 6,7 dəfə və ya 425 milyon 357,33 min dollar  artıb. 

Ümumilikdə, 2024-cü ilin ilk iki ayında Azərbaycandan 1 milyard 459 milyon 774,04 min dollar (artım 2,9  dəfət) məbləğində ümumilikdə 3 milyard 953 milyon 658,45 min kubmetr (artım 3,3 dəfə) qaz ixrac edilib.  
 
2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min dollara (artım 66,7%) 10 milyard 854 milyon 265 min kubmetr qaz (2022-ci illə müqayisədə 58,4 faiz artım) ixrac edib.

Azərbaycanın "Şahdəniz" yatağında hasil edilən təbii qaz Türkiyəyə ixrac edilir. Türkiyə bazarına ilk qaz Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2007-ci ildə daxil olub. Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə qazın kommersiya daşınmasına 30 iyun 2018-ci il tarixində başlanılıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol