• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
19.04.2024 12:47
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir.

 Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. "Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.

BİQ layihəsi Azərbaycan Respublikasının Kosmik Agentliyi, "Aztelekom”  və "Baktelekom” MMC-nin tərəfdaşlığı ilə  həyata keçirilir. Artıq bu şirkətlərin texniki heyətləri Azercell tərəfindən təşkil olunmuş  təlimlərdə uğurla iştirak ediblər. Həmçinin layihə çərçivəsində böhran və fövqəladə hallar zamanı qəza-bərpa tədbirlərinin çevik şəkildə yerinə yetirilməsi üçün tərəfdaşlarla birlikdə operativ qruplar və texniki infrastruktur da yaradılıb. Məqsəd ölkə ərazisində baş verə biləcək böhran və təbii fəlakətlər zamanı birgə addımlar atmaq üçün öncədən təşkilatlanmaqdır.

BİQ layihəsi yalnız Azərbaycanda deyil, həm də Qafqaz regionunda və Türk dövlətləri ərazisində böhran və fövqəladə halların fəsadlarının aradan qaldırılması üçün geniş imkanlar yaradır. 

Qeyd edək ki, bu layihənin ərsəyə gəlməsinə səbəb Prezident İlham Əliyevin Türkiyədə baş verən zəlzələdən sonra "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi olub. Fövqəladə Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.
 
 
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol