• $
  • €
  • ₽
  • ₺
  • £

Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı

Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı
26.04.2024 16:29
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi

Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.

Qeyd edək ki, bu layihənin keçirilməsinə təkan verən faktorlardan biri də  Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü zamanı Prezident İlham Əliyevin  irəli sürdüyü təşəbbüs olub. Bu zirvə görüşü zamanı Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.
Azercell-in Biznesin Dayanıqlığı şöbəsinin və cari layihənin rəhbəri Anar Mirzəyev bildirib ki, layihənin məqsədlərindən biri də region və Türk dövlətlərinin ərazisində baş verə biləcək böhran və təbii fəlakətlər zamanı birgə addımlar atmaq üçün öncədən təşkilatlanmaqdır: ”Ankara bəyannaməsinə əsasən, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün Türk Dövlətləri Təşkilatının milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək və Mülki Müdafiə Mexanizminin yaradılması haqqında razılığa gəlinib. Bu bənd BİQ layihəsinin yaradılması niyyəti ilə üst-üstə düşür.”

Test haqqında video-material:
https://www.youtube.com/watch?v=7hmLTAfI5Hk

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol