• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank İdarə Heyətinin sədri ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib

Unibank İdarə Heyətinin sədri ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib
29.04.2024 15:23
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri başa çatıb. Azərbaycan Banklar Assosiasiyası və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən səfərdə Unibank İdarə Heyətinin sədri Fərid Abuşov da iştirak edib.  

Unibank sədri müstəqil Azərbaycan bankçılığı tarixində ABŞ-yə edilən ilk geniştərkibli işgüzar səfərin yüksək əhəmiyyət daşıdığını bildirib:"Bu hadisə Azərbaycan-ABŞ arasında bank əlaqələrinin inkişafında mühüm mərhələ oldu. Səfərin əsas məqsədi bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini təmin etmək, iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasında əməkdaşlığın inkişafına töhvə vermək idi. Hesab edirəm ki, səfər çox məhsuldar keçdi. Müxtəlif mövzularda təqdimatlar edildi, bank sektoruna dair müasir həllər, biznes, maliyyə, bank sektoru ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Keçirilən görüşlərdə iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı və daha da möhkəmləndirilməsi məsələlərinə xüsusilə toxunuldu”.

Azərbaycanın Bankçılıq Missiyasının ABŞ səfəri çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. Səfər müddətində ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında görüş olub, eləcə də "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla keçirilən görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub.
 
Görüşlərdə bank sektorundakı qlobal trendlərə, müasir çağırışlara xüsusi diqqət yetirilib. Mövcud imkanlar, böyük layihələrin birgə maliyyələşməsi imkanları, süni intellektin bank əməliyyatlarında tətbiqi və digər mövzularda müzakirələr aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol