• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə 2025-ci ildə 10 milyon kubmetr qaz hasil edəcək

Türkiyə 2025-ci ildə 10 milyon kubmetr qaz hasil edəcək
01.05.2024 15:06
Türkiyə Qara dənizdəki Sakarya yatağında gündəlik təbii qaz hasilatını 2025-ci ilin birinci rübündə 10 milyon kubmetrə çatdırmağı planlaşdırır. Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Sabah” qəzetinə müsahibəsində bildirib. 

"Qara dəniz qazının hasilatı ötən bazar günü (aprelin 28-də) sutkada 4,5 milyon kubmetrə çatıb, mayda isə bu rəqəmi  5 milyon kubmetrə çatdırmaq niyyətindəyik. 2025-ci ilin birinci rübündə gündəlik hasilat 10 milyon kubmetr  təşkil edəcək. Hazırda yeni platformanın  Sinqapurda yenidən qurulması işi davam edir və yeni ilə qədər platforman Türkiyəyə gətirməyi düşünürük. Platforma istifadəyə veriləndən sonra hasilat  gündəlik 10 milyon kubmetrə kimi artacaq”, - nazir bildirib.

Eyni zamanda, o, Sakarya yatağının ərazisində yeni qaz kəşflərinə ehtiyac olduğunu qeyd etdi, çünki bu bölgə "daha böyük potensiala malikdir".

"Hazırda Qara dənizdə Rumıniya ilə eksklüziv iqtisadi zonamızın sərhəddində, Sakaryadan bir qədər aralıda "Geytəpə-1” kəşfiyyat quyusu qazılır və mayda axtarış üçün həmin ərazidə daha bir quyunun qazılmasına başlanılacaq",  -  nazir bildirib.

Energetika Nazirliyinin rəhbəri əlavə edib ki, Türkiyə qazdan sonra Qara dənizdə neft yataqları axtarmaq niyyətindədir.

"İyunda neft izlərini axtarmaq üçün Sakarya yatağının cənub hissəsində qazma işlərinə başlamağı planlaşdırırıq",  -  Bayraktar deyib

İlkin mərhələdə bu yataqdan sutkada təqribən 10 milyon kubmetr və ya ildə 3,4 milyard kubmetrdən 4 milyarda qədər qaz hasil edilməsi planlaşdırılır. 2028-ci ilə qədər gündəlik hasilat 40 milyon kubmetrə (ildə 15 milyard kubmetr) çatmalıdır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol