• $
  • £

Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb

Unibank  “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
01.05.2024 15:58
Unibank yaşıl maliyyələşmənin təşkili və ICMA standartlarına uyğun "yaşıl istiqrazlar”ın emissiyası istiqamətində, AIFC Yaşıl Maliyyə Mərkəzi (Astana Beynəlxalq Maliyyə Mərkəzi) ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq 2024-cü il üçün Bankın strateji inkişaf prioritetlərindən olan "ESG” (Ətraf mühit, Sosial və İdarəetmə) istiqaməti üzrə layihələrin həyata keçirməsinə imkan yaradacaq. Unibank bu strategiyanın reallaşdırılması istiqamətində "yaşıl layihələr”in dəstəklənməsinə xüsusi diqqət yetirir. 

"Yaşıl istiqrazlar”ın emissiyası layihəsinin ikili əməkdaşlıq fonunda həyata keçirilməsində kapital bazarları istiqaməti üzrə konsultant və dəstəkçi qismində "Unicapital” İnvestisiya Şirkəti çıxış edəcək. "Yaşıl istiqrazlar”ın emissiyası Azərbaycanın maliyyə infrastrukturunun inkişafına töhfə verəcək və diqqəti ətraf mühitin mühafizəsinə yönəldəcək layihələrdəndir.

Beynəlxalq Kapital Bazarları Assosiasiyasının təsis etdiyi "yaşıl istiqrazlar” prinsiplərinə uyğun olaraq, emissiya vasitəsilə cəlb edilən vəsait ekoloji cəhətdən perspektivli layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İl çərçivəsində istər dövlət, istərsə də özəl strukturlar bu istiqamətdə yeni layihələrin reallaşdırılmasında irimiqyaslı və innovativ addımlar atır. 

Belə layihələr qlobal təşkilatların da diqqət mərkəzindədir. İqlim dəyişiklikləri, eko sistemin pozulması və ekoloji çirklənmə kimi qlobal əhəmiyyətli problemlərin həllində dəstək göstərilməsi hər bir şəxsin mənəvi öhdəliklərindən hesab olunur.


Astana Beynəlxalq Maliyyə Mərkəzinin əsas fəaliyyət funksiyaları ölkənin iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək  göstərmək, maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya olunmasıdır. 


Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  
Unibank-Sənin Bankın!





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
İqtisadiyyat 11:15
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 20:43
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol