• $
  • €
  • ₽
  • ₺
  • £

“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək
03.05.2024 15:10
Azercell-in ev sahibliyi etdiyi "M360 Eurasia 2024” konfransına qeydiyyat davam edir

"GSMA M360 Eurasia 2024” konfransı bu il Bakıda çoxsaylı  beynəlxalq və regional məruzəçilərin iştirakı ilə baş tutacaq. Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində keçiriləcək. 

"GSMA M360” çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları gündəmə gətiriləcək. Konfransda süni intellekt, kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması,  yeni nəsil şəbəkələr, yaşıl texnologiyar və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin yeni dövrə uğurlu adaptasiyası üçün lazımlı bacarıq və qabiliyyətlər  haqqında danışılacaq. 
Ötən tədbirin olduqca səmərəli keçməsi sayəsində bu il  konfransa Microsoft, Google, Amazon Web Services, Word Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılacaq. Konfransda həm regionun, həm də digər ölkələrin  rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti bir daha vurğulanacaq. 

Qeyd etmək lazımdır ki, COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfə çatmaq üçün gördüyü işlər,  rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq. 

Tədbirdə maraqlı məruzələrin və panel iclaslarının baş tutması gözlənilir. Eyni zamanda, konfrans yeni əməkdaşlıqların qurulması üçün əla platforma rolunu oynayacaq. Bu da öz növbəsində daha təhlükəsiz və dayanıqlı gələcəyin yaradılması istiqamətində effektiv strategiyaların hazırlanmasına səbəb olacaq. 
 "JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol