• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ixracının 50%-ni İtaliya təşkil edir- Rikkardo Kursi

Azərbaycanın ixracının 50%-ni İtaliya təşkil edir- Rikkardo Kursi
14.05.2024 12:59
Azərbaycanın ixracının 50%-ni İtaliya təşkil edir. İtaliyanın Azərbaycandakı səfirliyinin missiyasının rəhbəri Rikkardo Kursi deyib.
 
"Ümumiyyətlə İtaliya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Bura siyasi əlaqələr də aiddir. Bu mədəni bağlarla əlaqəlidir . Hər iki ölkə arasında mədəni bağlar iqtisadi əlaqələrə gətirib çıxarır. 

İqtisadi əlaqələr dediyimizdə buna energetika və ticarət sahəsindən əlaqələr də aiddir.  Bunun böyük hissəsini neft sektoru təşkil edir. Azərbaycanın ixracının 50%nı İtaliya təşkil edir.  Bizim üçün Azərbaycan həm də strateji partnyor sayılır. Azərbaycan İtaliyanın enerji təminatçılarından biridir. Bunun üçün İtaliya Azərbaycanla neft sektorundan başqa,  digər sektorlarda da əməkdaşlıq etməkdə maraqlıdır", -o jurnalistlərin sualını cavablayarkən deyib. 

Kursi vurğulayıb ki, İtaliya ticarət balansını qorumağı hədəfləyir.
 
O həmçinin qeyd edib ki, İtaliya Azərbaycanla müdafiə sənayesi, nəqliyyat sahəsində də əməkdaşlıq edir.

Onun sözlərinə görə, İtaliyanın "İVECO" şirkəti tərəfindən  Azərbaycan təcili yardım maşınları ilə təchiz edilir.

"Qeyri - neft sektoru inkişaf edir. "Ansaldo Energia" şirkəti məhz Azərbaycanda elektrik enerji istehsalı ilə bağlı turbinlərin quraşdırılması təchizatı ilə məşğuldur. İtaliyanın moda və dizayn şirkətləri Azərbaycanda geniş şəkildə fəaliyyət göstərir. Bundan əlavə mebel sahəsi də çox maraq cəlb edən sahələrdəndir" , - Kursi əlavə edib. 
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol