• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd ayda pərakəndə ticarət dövriyyəsi 3,3% artıb

Dörd ayda pərakəndə ticarət dövriyyəsi 3,3% artıb
15.05.2024 12:28
2024-cü ilin yanvar-aprelində pərakəndə ticarət dövriyyəsi 16 969,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 
 
Hesabat ayı ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17,0 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq (1.9% artım) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq (5.1% artım) qeyri-ərzaq malları satılıb.  
 
4 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 %-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 13,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 %-i avtomobil benzini və dizel yanacağının, 4,4 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 
 
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.3% çoxdur. 
 
Cari ilin 4 ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,2 %,, fərdi sahibkarlar üzrə 0,1%, bazar və yarmarkalarda 1,5 % artıb. Həmçinin pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq, o cümlədən 235,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatlıq qeyri-ərzaq malları alıb. 
 
 
Aygün

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol