• $
  • £

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi
16.05.2024 14:54
 Lider mobil operator beynəlxalq ictimaiyyət qarşısında daha dayanıqlı və yaşıl gələcək naminə gördüyü işlər haqqında danışdı.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən "GSMA M360 2024” konfransı davam edir. COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayıb. Bu sessiyada çıxış edən Azercell-in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESG strategiyasını açıqlayaraq onun adıçəkilən sahələrdə fəaliyyəti haqqında danışıb.

"Bu gün ESG hesabatımızı beynəlxalq ictimaiyyətə təqdim etmək mənim üçün xüsusilə qürurverici oldu.  Çünki bununla biz şirkətimizin timsalında ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcək naminə həyata keçirilən bir sıra tədbirləri gündəmə gətirə bildik. Hesabatımız Azercell-in sosial məsuliyyətli korporativ vətəndaş kimi ekologiya və ətraf mühitin mühafizəsi, rəqəmsal inklüzivliyin təşviqi və ümumilikdə cəmiyyətin rifahının artırılması istiqamətində gördüyü işləri özündə əks etdirir”,- deyə Şirin Əliyevə bildirib.  

Azercell-in ESG hesabatı 2023-cü ili əhatə edir. Hesabat şirkətin ətraf mühitə təsirinin azaldılması səylərini, dövlət və cəmiyyət qarşısında öz üzərinə götürdüyü sosial məsuliyyəti nümayiş etdirir. Konfransda çıxış edən Şirin Əlyeva Azercell-in enerji, su və yanacaq tədarükündə səmərəliliyin təmin edilməsi məqsədilə gördüyü tədbirlər haqqında danışıb.

Hesabatda günəş enerjisi ilə çalışan baza stansiyaların yalnız Qobustan, Tovuz, Qubadlı və Cəbrayılda quraşdırıldığı qeyd edilsə də, Ş. Əliyevə cari il ərzində onların sayının artıq 17-yə çatdırıldığını bildirib. Belə ki, Azercell-in yeni yaşıl baza stansiyaları artıq Zəngilan, Füzuli, Ağdam və Laçında  da fəaliyyətə başlayıb. Qeyd edək ki, lider mobil operator ilin sonuna kimi ölkə üzrə bu baza stansiyaların sayını 37-yə çatdırmağı planlaşdırır.
 
Hesabatda həmçinin Azercell-in təhsil, idman, səhiyyə, qadın və uşaq hüquqlarının qorunması, rəqəmsal inklüzivliyin artırılması və digər istiqamətlərdə reallaşdırdığı sosial yönümlu təşəbbüsləri haqqında da məlumat verilib. Eyni zamanda, hesabat Azercell-in əməkdaşlarının inkişafı üçün həyata keçirdiyi layihələri də əhatə edir və bununla şirkət insan kapitalına verdiyi dəyəri bir daha vurğulayır.

Şirin Əliyeva bildirdi: "Azercell-in fəaliyyəti hər il müxtəlif beynəlxalq sertifikat və mükafatlarla təltif edilir. Bu da öz növbəsində görülən işlərin effektivliyinin bariz nümunəsidir”.

Qeyd edək ki, şirkət dünya müstəvisində qəbul edilmiş bir çox sertifikatlara yanaşı, ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemləri standartına uyğunluq sertifikatına da malikdir.

Hesabatla tanış olmaq üçün Azercell-in səhifəsinə keçid edə bilərsiniz.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
İqtisadiyyat 11:15
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 20:43
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol