• $
  • €
  • ₽
  • ₺
  • £

Doğma çay "Azerçay”ın dəstəyi ilə şəhidimizdən bəhs edən klip çəkilib

Doğma çay
16.05.2024 15:40
Həmişə həyata keçirdiyi layihələrlə seçilən doğma çay "Azerçay” bu dəfə vətənpərvərliklə bağlı maraqlı layihənin ərsəyə gəlməsinə vəsilə olub.

Belə ki, "Azerçay”ın dəstəyi ilə Şuşanın azadlığı uğrunda şəhid olan Pənah Məmmədovun həyatından və şəhidlik zirvəsinə ucalmasından bəhs edən klip çəkilib. 

Klipdə şəhidin real kadrları yer alıb. Çəkilişlərin bir hissəsi Pənahın təhsil aldığı Şəki rayonu Orta Zəyzid kənd orta məktəbində, əsas hissəsi isə Şuşada aparılıb.

Doğma çayın kollektivi5 şəhidin ailəsi ilə görüşüb, onlarla birlikdə Şuşaya yollanıb və qəhramanımızın şəhid olduğu yerlərə baş çəkib. 

Pənahın Şuşanın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqdan danışarkən  tarixdə iz qoymuş, Şuşanın əsasını qoyan Pənahəli xan da xatırlanıb. 

Uzun illər əvvəl Pənahəli xanın Şuşa üçün apardığı mübarizəni Pənah Məmmədov davam etdirib. Sanki tarix təkrarlanıb. 

 "Sabahın xeyir, Şuşa” adlı klipin rejissoru Emin Muradovdur. Sözləri şair Əyyub Qiyasa, ifası və bəstəsi isə Sevinc Ağasıyevaya məxsusdur. 

Qeyd edək ki, hər zaman milli-mənəvi dəyərlərimizə xüsusi həssaslıqla yanaşan "Azerçay” bir müddət öncə şəhidimizin böyüdüyü Orta Zəyzid kəndində onun xatirəsinin yad edilməsi məqsədilə tədbir təşkil edib.

"Sabahın xeyir, Şuşa” klipini aşağıda keçiddən izləyə bilərsiniz:



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol