• $
  • €
  • ₽
  • ₺
  • £

Dəniz limanları ilə yükdaşımalar azalıb

Dəniz limanları ilə yükdaşımalar azalıb
17.05.2024 14:10
Azərbaycan dəniz limanları 2024-cü ilin yanvar-aprelinda yüklərin daşımasını 2023-ci ilin 4 ayı ilə müqayisədə 0,1 % azaldaraq 2 milyon 613 min 200 tona çatdırıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesbatında qeyd olunub.

Daşınmış yüklərin 50,6%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 4milyon 406 min 600 ton yükləmə -boşaltma işləri görülüb. Bu yüklərin 3 milyon 540 min 300 tonunu və ya 80,3%-ni tranzit yüklər təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il mayın 1-nə limanlarda 228 min 100 ton yük qalıb. 
 
4 ayda dəniz nəqliyyatı ilə sərnişin daşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 28.4% artaraq 8,6 min nəfərə çatdırılıb.

2022-ci ildə Azərbaycanın dəniz limanları ilə yüklərin daşınması 11 milyon 750,6 min ton (artım 32,4%) təşkil edib.

Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının Dübəndi və Səngəçalda böyük neft terminalları var. Bundan əlavə, Ələt kəndində yeni Bakı Beynəlxalq Dəniz Limanının ərazisində 2014-cü ildə bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.
 
 
Aygün




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol