• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirliyində olub

Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirliyində olub
21.05.2024 16:09
Şeyxülislam Allahşükür Paşazadə mayın 21-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub.

O, Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın, Təbrizin imamcüməsi Ayətullah Haşimin və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.

Paşazadə matəm kitabına ürək sözlərini yazıb.
 
Bir gün əvvəl İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində İran Prezidenti və xarici işlər naziri olmaqla 9 nəfər vəfat edib. İranda prezidentin səlahiyyətləri müvəqqəti olaraq vitse prezidentə keçib. 
 
Baş verən hadisə ilə bağlı İrana Azərbaycan rəhbərliyi daxil olmaqla bir çox ölkələr başsağlığı verib. 
 
İbrahim Rəisinin mayın 21-də Təbrizdə dəfn ediləcəyi gözlənilir. Baş verən hadisəyə görə İranda 5 gün matəm elan edilib. Bununla paralel 4 ölkə - Suriya, Pakistan və Livanda, Türkiyədə  matəm elan edilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol