Xocalıya növbəti köç yola salınıb
Mayın 29-da Xocalıya 24 ailə olmaqla 88 nəfər yola salınıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərinin İş üzrə Dövlət Komitəsindən bildirilib.
Müxtəlif ərazilərdə müvəqqəti yaşayan şəxslər Qaradağ rayonundan yola salınıb.
Xocalıya ilk köç mayın 28-də baş tutub. İlk köçürülmə prosesində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Ümumilikdə indiyə kimi Xocalıya 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.
Bir neçə gün öncə Şuşaya ilk dəfə 20 ailənin köçürülməsi təmin edilib.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı

www.anews.az
Son xəbərlər
Daha çox