• $
  • €
  • ₽
  • ₺
  • £

Qırmızı Ürəklər Fondunun şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi istiqamətində layihəsi davam edir

Qırmızı Ürəklər Fondunun şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi istiqamətində layihəsi davam edir
29.05.2024 13:34
Qırmızı Ürəklər Fondunun "Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi layihəsi həyata keçirilir. Layihənin davamı olaraq ötən gün Zaqatala rayonundan olan qazi ailəsi üçün tikilən fərdi yaşayış evi sahiblərinə təqdim edilib. 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evində ailənin rahat yaşaması üçün hər cür şərait yaradılıb. 


Evin açarlarının təqdim edilməsi mərasimində Qırmızı Ürəklər Fondunun nümayəndəsi Yusif Poladov da iştirak edib. O, çıxışı zamanı fondun bu istiqamətdə gördüyü işlərdən danışıb. "Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıq imkanlarını itirən vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Biz də Qırmızı Ürəklər Fondu olaraq dövlətin sosial sahədə həyata keçirdiyi bu uğurlu siyasətə hər zaman öz resurslarımız çərçivəsində dəstək olmağa çalışırıq. Fonda donorlar tərəfindən edilən ianələr fəaliyyət istiqamətlərinə uyğun formada layihələrin həyata keçirilməsinə yönəldilir ki, bunlardan biri də məhz şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsidir”. 


Qeyd edək ki, "Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində donorlar tərəfindən fonda edilən ianələr hesabına 2024-cü ildə 4 fərdi yaşayış evi tikilərək şəhid və qazi ailələrinə təhvil verilib. İl sonuna qədər daha 7 evin təhvil verilməsi planlaşdırılır. Xatırladaq ki, 2023-cü il ərzində fond tərəfindən Kürdəmir, Masallı, Qusar, Salyan, Zaqatala rayonundan olan 9 şəhid ailəsi fərdi yaşayış evi ilə təmin edilib.  


Qeyd edək ki, "Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az  saytına daxil olmaq kifayətdir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol