Laçının Bəylik kəndində yenidənqurma işləri 36,1 mln manata başa gələcək
Laçının Bəylik kəndində yenidənqurma işləri 36,1 milyon manata başa gələcək. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.
Bildirilib ki, yaşayış məntəqəsində birinci mərhələdə 91 fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulub.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib ki, 2026-cı ilin sonuna kimi 12 mindən çox insanı Laçına qaytarılacaq.
"2022-ci ilin sentyabrından Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Artıq 730 ailə, 2766 nəfərdən çox insan Laçın rayonuna qayıdıb. Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verildi. Burada insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb", - o qeyd edib.
Laçın rayonunun Sus kəndinə ilk köç karvanı mayın 11-də olub. İlk mərhələdə kəndə 20 ailə (75 nəfər) köçürülüb.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın dekabrın 1-də erməni silahlı qüvvələrinin işğalından azad olunub.
Laçın 1992-ci il Ermənistan Ordusu tərəfindən işğal olunmuşdu.
Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.
2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırılıb.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Aygün
www.anews.az
Son xəbərlər
Daha çox