• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il vətəndaşlara 80 milyona yaxın sığorta ödənişi edilib - Rəşad Əhmədov

Ötən il vətəndaşlara 80 milyona yaxın sığorta ödənişi edilib - Rəşad Əhmədov
29.05.2024 16:18
2023-cü ildə vətəndaşlara 75-80 milyona yaxın sığorta ödənişi edilib. Bunu İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov deyib.
 
O bildirib ki, 2011-ci ildən İcbari Sığorta Bürosu qarantiya fondu kimi vətəndaşlara dəymiş ziyanı kompensasiya edir.
 
"Büroya daxil olan şikayətlərin 80%-i icbari avtomobil sığortası ilə bağlıdır. Bu baxımdan ötən il vətəndaşlara, təqribən, 1,5 milyona yaxın sığorta şəhadətnaməsi təqdim edilib, 70 minə yaxın sığorta ödənişi həyata keçirilib ki, bu ümumilikdə, 75-80 milyon manata yaxın sığorta ödənişlərinin həyata keçirilməsi deməkdir. Bu illər ərzində büroya Naxçıvandan heç bir müraciət daxil olmayıb", -Əhmədov mayın 29-da Azərbaycanda ilk dəfə Naxçıvan şəhərində "I Regional Sığorta Forumu"da çıxışı zamanı qeyd edib.
 
2024-cü  ilin birinci rübündə sığorta xətti ilə 373,14 milyon manat vəsait yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% çoxdur. 
  
Bundan əvvəl Mərkəzi Bankın sədri Taleh Kazımov söyləyib ki, Son 3 ildə Azərbaycanda sığorta haqları 67,8% artaraq 1 milyard 223 milyon manata çatıb.
  
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
 
Hazırda ölkə üzrə 17 sığorta bazarı fəaliyyət göstərir.
 
Aygün
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol