• $
  • €
  • ₽
  • ₺
  • £

İnformasiya məlumatlarının emalı üzrə işlərin 65%-nin avtomatlaşdırılması gözlənilir

İnformasiya məlumatlarının emalı üzrə işlərin 65%-nin avtomatlaşdırılması gözlənilir
30.05.2024 11:56
2027-ci ilə qədər bütün biznes tapşırıqlarının 42%-nin, informasiya məlumatlarının emalı üzrə işlərin isə 65%-nin avtomatlaşdırılması gözlənilir. Bunu  İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
 
"Hər 10 işçidən altısı üçün əlavə bacarıqlara ehtiyac duyulacaq. Zərurət yaranır ki, təhsildə dayanmadan bilik və bacarıqları əldə olunması istiqamətində davamlı işlər aparaq. Öyrənmək bacarıqları bizə də şamil olunmalıdır.  İqtisadiyyat nazirliyi olaraq, biz öz növbəmizdə vətəndaşlara yeni növ bacarıqların əldə edilməsi istiqamətində işlər görürük. Dördüncü Sənaye İnqilabı Mərkəzi, 4Sİ və Təhsilin İnkişaf Fondu ilə birlikdə akademiya yaradılıb. Ötən ilin sentyabrından etibarən 10000 vətəndaşımızı əhatə edən bu layihədə dünyanın aparıcı şirkətləri və universitetləri tərəfindən süni intellekt, maşın öyrənilməsi, diktator, böyük verilənlər və analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya kimi bacarıqları da daxil olmaqla ümumilikdə səkkiz yüzünə yaxın kurs tədris olunur. Yaxın müddət ərzində biz artıq danışıqları tamamlamaq üzrəyik. Gözləntimiz odur ki, çox qısa bir müddət ərzində 200000 vətəndaşımıza bu platformadan üç yüzdən artıq universitetin və texnologiya şirkətləri ilə səkkiz mindən artıq ödənişsiz təhsili əlçatan şəkildə təqdim edək. Növbəti mərhələdə həmin süni intellektlərindən istifadə edərək, həmin təlimlərin ödənişsiz formada Azərbaycan dilində vətəndaşlarımıza təqdim olunması nəzərdə tutulur. Eyni zamanda nazirlik olaraq öz daxilimizdə də mütəxəssislərin bilik bacarıqlarının inkişafını diqqət mərkəzində saxlayırıq",- Elnur Əliyev mayın 30-da  "Təlim və İnkişaf Sistemində Müasir Çağırışlar"  mövzusunda Forumda deyib. vurğulayıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol