Ağdamın Güllücə kəndində ümumilikdə 1042 evin tikilməsi nəzərdə tutulub
Ağdamın Güllücə kəndində ümumilikdə 1042 evin tikilməsi nəzərdə tutulub. Bu barədə Reporta Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Ümid İsazadə məlumat verib.
Brinci mərhələdə kənd üçün ayrılan ərazinin 225 hektarında 113 fərdi yaşayış evinin inşası nəzərdə tutulub. Həmin evlərdən 22-si iki, 57-si üç, 28-i dörd, 6-sı isə beşotaqlı olacaq. Güllücə kəndində 480 şagird yerlik məktəb və 120 yerlik uşaq bağçası inşa ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli, Güllücə,Nəmirli və Şotlanlı kəndlərinin təməlini qoyub.
Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.
Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.
Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.
Aytac
www.anews.az
Son xəbərlər
Daha çox