• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti azalıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti azalıb
30.05.2024 12:32
2023-cü ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 43,685 milyon manat xalis mənfəətlə başa vurub, bu da əvvəlki illə müqayisədə 33,2 % azdır.

Ötən il ASCO-nun əsas əməliyyat gəlirləri 524,195 milyon manat (əvvəlki illə müqayisədə 8 % az), satışlarının maya dəyəri 375,113 milyon manat (1,5 % çox), ümumi və inzibati xərcləri 60,921 milyon manat (16,8 % çox), sosial xərcləri 9,506 milyon manat (10,9 % çox), digər əməliyyat gəlirləri 50,490 milyon manat (53,8 % çox), digər əməliyyat xərcləri 67,259 milyon manat (4,2 % az), gözlənilən kredit zərərləri 1,050 milyon manat (87,3 % az), əsas vəsaitlərinin silinməsindən gəlirləri 74 min manat (1 il bundan əvvəl zərər olub), məzənnə fərqindən zərəri 1,688 min manat (2 dəfə çox), maliyyə xərcləri 9,621 milyon manat (7,9 dəfə çox), birgə müəssislərdəki pay hesabına gəlirləri 6,761 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 12,677 milyon manat (52,4 % az) təşkil edib.
 
Şirkətdən verilən məlumata görə, hesabat dövründə gəmiçiliyin "Ro-Pax” bərələri ilə 8847 vaqon və 9150 nəqliyyat vasitəsi daşınıb.

ASCO həmçinin 2024-cü ilin yanvar-martında 6172 sərnişin daşıyıb.

ASCO universal quru yük gəmiləri birinci rübdə 154,988 min ton yük daşıyıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC 2023-cü ildə tankerlərlə 4,9 milyon ton neft və neft məhsulları daşıyıb.
 

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol