• $
  • €
  • ₽
  • ₺
  • £

Qələbədən sonra Azərbaycanın regional və beynəlxalq siyasi mövqeyi güclənir - Deputat

Qələbədən sonra Azərbaycanın regional və beynəlxalq siyasi mövqeyi güclənir - Deputat
30.05.2024 16:47
Vətən müharibəsində qələbədən sonra Azərbaycanın regional və beynəlxalq siyasi mövqeyi güclənir. Bunu deputat Zahid Oruc deyib.
 
"Milli Məclisdə "Fransız Polineziyanısının dekolonizasiya hüququ- çağırışlar və perspektivlər” mövzusunda keçirilən növbəti konfrans da dövlətimizin xarici siyasətində ön yerə çıxan yeni strateji kursun-antimüstəmləkiçilik siyasətinin bariz nümunəsidir", - o qeyd edib.
 
Ölkə prezidenti İlham Əliyev  müstəmləkəçiliyə qarşı təkcə Qoşulmama Hərəkatında deyil, bütün tribunalarda etiraz səsini ucaldaraq, deyir,” Biz Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa edəcəyik”.

İlk növbədə, bir sual yerinə düşür-dünya demokratiyasının mərkəzi sayılan Srasburqun ari irq daşıyıcıları dənizaşırı xalqları, onların çoxəsrlik məhrumiyyətlərini nədən bircə dəfə müzakirəyə çıxarmayıblar? Ölkəmizin mandatını bloklayanlar Milli Məclisinin hazırki tədbirini də yəqin narahatlıqla qarşılayacaqlar. Qlobal iqtisadi-siyasi gündəliyi müəyyənləşdirən birinci sort millətlər 17000 km uzaqlıqda yerləşən əraziləri işğal etdikdən sonra guya indi də ermənilərin azadlığı üçün mübarizəyə başlayıblar.
 
Avropa Şurasına əbədi ev sahibliyi edən bir ölkənin daxilində bütün siyasi qüvvələrin-ideoloji fərqlərindən asılı olamayaraq, müstəmləkəyə baxışı, istismara münasibəti eynidir- hamısı yekdildir. Üstəlik, Fransanın əleyhdarı olan birlik ölkələri də orta əsr tiraniyasının qalığı olan və dünyada sülhə-təhlükəsizliyə zərbə vuran kolonial üsul-idarəyə etiraz etmirlər. Təkcə bu fakt Avropa paytaxtlarında qurulan siyasi ittifaqların-Avropa Şurası və Avroparlamentin, Avropa Məhkəməsinin, UNESKO və onlarla hörümçək toru kimi qurulan siyasi-mədəni birliklərin hamısının bir məqsədə-sümürgəçi imperializmə xidmət etdiyini göstərir.
 
Bəs xalqların azadlığı haqda amerikalı Tomas Cefersonun və fransız Markiz Lafayetin, Baron Monteskyonun bəlağətli nitqləri necə olsun? Yoxsa, onlar yalnız seçilmiş xaqlar üçündür? Demokratik quruluşlar-öz krallarının başını kəsən, edam gilyotinasını əzilən xalqlara bəxş edən fransızlar Afrikadan, Sakit okeanadək böyük ərazilərdə milyondan artıq insanın azadlıq mübarizəsini eyni üsulla gülləbaran edir, üsyanları qanla boğur, dinc vasitələrlə mədəni işğallar aparırlar.  Xatırladaq ki, 1921-cu ildə Fransa müstəmləkəsində yaşayan əhalinin sayı 94 milyondan 1938-ci ildə 110 milyona çatmışdı. İkinci dünya müharibəsindən sonra onların böyük bir hissəsi azadlığına qovuşdu.
 
Fransanın müasir müstəmləkəçilik siyasəti dənizaşırı əraziləri maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salmaq, təbii sərvətləri talamaq, əhalini işsiz və yoxsul qoymaq, dil, mədəniyyət və təhsil sahəsindəki zorakı tətbiqləri və assimilyasiya siyasəti, nüvə və s. sınaqları ilə əhalinin sağlamlığına və ekologiyaya zərbə vurmaq, qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə müşaiyət olunur.
 
Əgər Polineziya, yaxud Yeni Kaledoniyada Yelisey hakimiyyətini gül-çiçəklə qarşılayırlarsa, onda nə üçün Makron 22 may 2024-cü ildə təcili səfərindən əvvəl Fransa xüsusi təyinatlı qüvvələrinin böyük bir qrupu Paris hava limanından nümayişkəranə şəkildə müstəqillik tərəfdarlarını boğmağa göndərir? Çünki yaxşı başa düşür ki, əgər təcili tədbir görməsələr, onda azadlıq dalğası bütün okeanətrafı əraziləri bürüyəcək və ötən əsrin 50-ci illərində-de Qoll Fransasındakı kimi, kololoniyalar müstəqilliklərinə qovuşacaqlar.
 
Paris sərəncamında olan qlobal media, siyasi institutlar, yumşaq güc alətləri, vətəndaş cəmiyyətinin əliylə belə mənzərə yaradır ki, guya dənizaşırı xalqların hamısı inqilab edib 5 respublika quran fransız xalqının dünyəvi gücünə sığınıb könüllü onların hakimiyyəti altına daxil olublar. Fiksiyadır. Dünyada böyük auditoriyası olan "Mond”, yaxud "Fiqaro” səhifələrində siz əzilən xalqların səsini eşitməzsiniz. Onda sual olunur, hanı Avropanın azad mediası? Cavab birdir-Qərbin elektron və çap maşını hakim millətlərin- -titullu xalqların mənafelərinə xidmət edir.
 
Bütün siyasi sistemin-iqtidarla müxalifətin istismarçı müstəmləkiçiliyə baxışı birdir. Onların hamısı korrupsiyadan həm dövlət, həm də ayrıca şəxslər və siyasi qruplar kimi külli miqdarda qazanırlar. Xatırladaq ki, dünyada nikel ehtyatının 10 faizi Polineziyada yerləşir. Gələcəkdə neft-qaz resursundan xilas olmaq üçün, bərpa olunan enerji ilə çalışan elektromobillərin əsas  qüvvəsi məhz nikel olacaqdır. Göründüyü kimi, qiymətli ağ metal bir çox ada dövlətlərinin gününü qara edib.
 
Hamınız yaxşı xatılayırsınız, Vətən müharibəsindən cəmi 10 gün sonra, 20 noyabr 2020-ci il tarixində Fransa Milli Assambleyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa dair qərar çıxardı, faktiki olaraq, silahlı əməliyyatları dayandırmaq haqda razılığa gələn tərəfləri yenidən müharibəyə sürüklədi. Hətta Ermənistan parlamenti və qatı antiAzərbaycan partiyaları belə müharibənin nəticələrini qəbul etdikləri halda fransız siyasətçilər məğlubiyyətlə barışmırdılar. İndi həmin Fransa parlamenti Yeni Kaledoniyadakı üsyançıları sərt cəzalandırmağı tələb edir, Polineziya təmsilçilərini hava limanından ölkəmizə buraxmır.  Deyildiyi kimi, adalarla Paris arasında məsafə 17 min km-dir. Afrika qitəsi ilə də həmçinin. Lakin belə uzaqlıq Fransanın hər il "müstəmləkilik vergisi” adı ilə 400 milyard dollardan artıq qazanmasına mane olmur.

Ötən il Afrikada-Nigeriyada ​​fransız tərəfdarı olan marionet rejim devrildi və Parisin dəstəklədiyi çürük üsul-idarə çökdü. Bir satistika çox bariz şəkildə sarsılan fransız dayaqları sübut edir. Belə ki, 1990-cı ildən bəri Saharadan cənubda Afrikayadək baş verən 27 dövlət çevrilişinin 23-ü Frankofoniya əyalətlərində baş verib və avropalı olmayan xalqlar Parisin uzunmüddətli müstəmləkə zülmünü işfa edirlər. 
 
Əvəzində ağdərili cənablar demokratiyadan danışır, digər qitələrdə isə insan kədərindən və qanından gəlir əldə edirlər. Hüquq müdafiəçiləri və liberal media  isə Fransa siyasətini pisləyən dövlətləri  dərhal "avtoritar” adlandırır,
 
20 oktyabr 2023-cü ildə  Polineziya Müstəqilik Partiyasının təmsilçisi Heynui le Kaill ölkəmizdə səfərdə olarkən deyirdi, ”Biz  nüvə silahlarının radiasiyasından bir millət olaraq, çoxlu zəhər udmuşuq və fransız  siyasətinin siması budur”. 
 
Fransa daxili işlər naziri Jerar Darmanen 16 may 2024-cü il tarixli müsahibəsində ölkəmizi son hadisələrdə əsassız ittiham edərək deyir ki, virtual şəbəkələrdə 1500 aktiv hesab müstəmləkə əleyhinə birləşiblər. Niyə də yox! Axı bizim ölkəmiz uzaq ada dövlətlərinə silah, hərbi texnika və casus şəbəbəkəsi ilə gizli maliyyə göndərmir. Biizm mənəvi və siyasi dəstəyimizdən narahat olan Fransa siyasətçiləri və müttəfiqləri Azərbaycanın maliyyə aktivlərini müsadirə etməyə, ölkəmizə qarşı "dişini göstərməyə” çağırışlar edir, az qala Cənubi Qafqaza nüvə silahı tətbiq etməyə çağırırlar. İstismarçılğın ideoloqlarından və xaç analarından biri, Avropaparlamentin üzvü Fransua Bellami bu gün X səhifəsində yazır-Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək? Gördüyünüz kimi, Qarabağa azadlıq tələb edənlər öz müstəmləkələrinə toxunan istənilən qüvvənin fəaliyyətini boğmağa, siyasi və media azadlığını məhv etməyə hazırdılar.

6 iyul 2023-cü il tarixində Fransa müstəmləkiçiliyinə qarşı qələbə paytaxtı Bakıda yaradılan Təşəbbüs qrupu Karib adalarında, cənubi Amerikada, Hind və Sakit okeanlarda ən azı 150 ildən artıq hökm sürən istismar əleyhinə yeni dalğanın başlanğıcıdır. Bu hərəkatın uğurlu olacağına, əzilən xalaqlara nəhayət, layiq olduqları azadlığı bəxş edəcəyinə inanırıq. Biz 44 günlük müharibəni Qələbə ilə başa vurmaqla dünyada əzilən və ya təcavüzə məruz qalan xalqlara parlaq, misilsiz nümunə verdik.
 
Beləliklə, Polineziyanın müstəqillik uğrunda hərəkatının canlanmasında Azərbaycanın parlaq Qələbəsi mühüm rol oynayır.  Qarabağın azadlığı bir əsr əvvəl hərbi canişini polkovnik Şardinye ilə Qafqaza gələn Fransanın sovetlərdən sonra regionu öz koloniyasına çevirməyə çalışmasına ən böyük zərbə Xankəndinin azadlığıdır. Neokolonializm  məhvə məhkumdur.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol