• $
  • £

Azərbaycan Ukraynaya 40 milyon dollarlıq yardım edib

Azərbaycan Ukraynaya 40 milyon dollarlıq yardım edib
11.06.2024 20:44
Azərbaycan Ukraynaya bu günədək 40 milyon dollarlıq yardım edib.Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.

Ceyhun Bayramov, Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.

Bununla yanaşı,Azərbaycan tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.

Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı qeyd olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - Yenilənib
Siyasət 22:50
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - Yenilənib
Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul edib
Siyasət 19:30
Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul edib
XİN Rusiyada Azərbaycan səfirliyinə qarşı təxribatı pislədi
Siyasət 15:52
XİN Rusiyada Azərbaycan səfirliyinə qarşı təxribatı pislədi
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Siyasət 23:35
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
Siyasət 21:29
Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
Sahibə Qafarova Serbiyaya səfər edəcək
Siyasət 20:30
Sahibə Qafarova Serbiyaya səfər edəcək
Azərbaycan XİN Pakistandakı xəstəxana yanğını ilə bağlı başsağlığı verib
Siyasət 17:43
Azərbaycan XİN Pakistandakı xəstəxana yanğını ilə bağlı başsağlığı verib
Bakıda 220 yerlik Bilgəh incəsənət məktəbi açılıb - Mehriban Əliyeva açılışda iştirak edib
Siyasət 17:30
Bakıda 220 yerlik Bilgəh incəsənət məktəbi açılıb - Mehriban Əliyeva açılışda iştirak edib
Mehriban Əliyevanın doğum günüdür
Siyasət 09:00
Mehriban Əliyevanın doğum günüdür
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol