• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib
24.06.2024 18:32
Azərbaycanın milli aviadaşıyıcısı AZAL beynəlxalq "Skytrax World Airline Awards 2024” mükafatının "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasında növbəti dəfə qalib gələrək yüksək statusunu yenidən təsdiqləyib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

"Skytrax” agentliyinin mükafat mərasimi bu gün Londonda keçirilən təntənəli tədbir çərçivəsində baş tutub.

Bu mühüm nailiyyət "Azərbaycan Hava Yolları” aviaşirkətinin göstərdiyi xidmətlərin yüksək səviyyədə olduğunu təsdiq edir və onu dünya aviasiya bazarının tanınmış liderləri ilə bir sıraya qoyur.

"Bu mükafat sərnişinlərimizə dünya səviyyəli xidmət təklif edən bütün "Azərbaycan Hava Yolları” komandasının əməyinin nəticəsidir. Biz fəxr edirik ki, səylərimizin nəticəsi olaraq belə nüfuzlu mükafata layiq görülmüşük. Bu uğur sərnişinlərin aviaşirkətimizə göstərdiyi etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir”, – deyə "Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

Onun sözlərinə görə, mükafatın əldə edilməsi AZAL-ın yüksək keyfiyyət və müştəri xidməti standartlarına sadiqliyini təsdiq edir, aviaşirkətin regionda və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirir.

"World Airline Awards” mükafatı aviaşirkətlərin və hava limanlarının xidmətlərinin keyfiyyətinin qlobal qiymətləndiricisi olan Böyük Britaniyanın "Skytrax” konsaltinq agentliyi tərəfindən təqdim edilir. Reytinq dünyanın ən böyük sərnişin məmnuniyyəti sorğusunun nəticələrinə əsasən müəyyən edilir.

"Azərbaycan Hava Yolları” aviaşirkəti həmçinin "Skytrax”ın "4 Ulduz” reytinqinə malikdir. Bu status aviaşirkətin göydə və yerdə təklif etdiyi xidmətlərin keyfiyyətini qiymətləndirən müstəqil auditin nəticələrinə əsasən formalaşıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol