• $
  • £

Azərbaycanda taxıl zəmilərinin 73%-də yığım bitib

Azərbaycanda taxıl zəmilərinin 73%-də yığım bitib
08.07.2024 14:52
Azərbaycanda taxıl zəmilərinin 73%-də yığım başa çatıb və  2,3 milyon tondan artıq taxıl yığılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.  
 
Mexanizatorlar tərəfindən 385 783 hektar arpa sahəsi, 351 548 hektar buğda sahəsi biçilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 min hektar çoxdur. 

"Hazırda arpa üzrə orta məhsuldarlıq bir hektar üçün 29.7 sentner, buğda üzrə orta məhsuldarlıq isə 34 sentner təşkil edir. İndiyədək biçin aparılmış 737.331 hektar sahədən 2 341 831 ton məhsul yığılıb ki, bunun da 1 196 958 tonu buğda, 1 144 873 tonu arpadır.  Respublikanın 23 rayonunda sahələrin  90%-də biçin bitib. Bərdə, Neftçala və Naftalanda biçin tam başa çatıb. Hazırda taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb  və hər hektara 51.4 sentner təşkil edib.  Orta məhsuldarlıq Ağdam, Ağcabədi, Bərdə, İmişli, Saatlıq, Sabirabad, Salyan rayonlarında da kifayət qədər yüksəkdir. Ümumilikdə 21 rayonda taxıl üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir", - məlumatda deyilib. 
 
Buğdanın idxaldan asılılığını azaltmaq məqsədilə işğaldan azad olunmuş ərazilərdə 2023-2024-cü il üçün 84,4 min hektar ərazidə payızlıq taxıl əkilib. 
 
Nazirlər Kabinetinin tapşırığna əsasən faktiki əkin işləri aparılmış təxminən 20 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulub. 
 
Azərbaycanda 2023-cü ildən etibarən 5 il müddətinə taxılın hər tonuna görə 100 manat məbləğində subsidiya müəyyən edilib. 
 
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.

2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.
 
Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir.  Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir. 
 

Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
Cəmiyyət 20:07
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
Cəlilabadın 44 yaşayış məntəqəsində işıq olmayacaq
Cəmiyyət 19:55
Cəlilabadın 44 yaşayış məntəqəsində işıq olmayacaq
Qusarda təcili yardım maşını qəzaya uğrayıb
Cəmiyyət 18:12
Qusarda təcili yardım maşını qəzaya uğrayıb
Maştağada neft kəmərinə müdaxilə edən iki nəfər saxlanılıb - video
Cəmiyyət 17:48
Maştağada neft kəmərinə müdaxilə edən iki nəfər saxlanılıb - video
Ağcabədidə pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Cəmiyyət 17:40
Ağcabədidə pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb
Cəmiyyət 17:31
IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb
Ramiz Mehdiyevin kürəkəninin “TurAz” MMC ilə bağlı iddiası rədd edilib
Cəmiyyət 17:15
Ramiz Mehdiyevin kürəkəninin “TurAz” MMC ilə bağlı iddiası rədd edilib
Gömrükdə malların saxlanma müddəti ilə bağlı yenilik
Cəmiyyət 17:05
Gömrükdə malların saxlanma müddəti ilə bağlı yenilik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol