• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq - Qurban Qurbanov

Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq - Qurban Qurbanov
23.07.2024 23:27
Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq.Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln"la (Cəbəllütariq) ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri görüşü şərh edib:

"Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Topu istədiyimiz kimi ram edə bilmirdik. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.

"Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Azərbaycan şahmatçıları Avropa Klub Kubokunda qızıl və bürünc medallar qazanıblar
İdman 18:00
Azərbaycan şahmatçıları Avropa Klub Kubokunda qızıl və bürünc medallar qazanıblar
Canni İnfantino Bakıda U-15 dünya çempionatının keçirildiyi kompleksi ziyarət edib
İdman 13:54
Canni İnfantino Bakıda U-15 dünya çempionatının keçirildiyi kompleksi ziyarət edib
Bakıda 189 ölkənin iştirakı ilə FIFA U-15 dünya çempionatı start götürür
İdman 08:59
Bakıda 189 ölkənin iştirakı ilə FIFA U-15 dünya çempionatı start götürür
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol