• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərə ilk dəfə infotur təşkil edilib

Kəlbəcərə ilk dəfə infotur təşkil edilib
27.07.2024 11:38
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi heykəltaraş və rəssamlardan ibarət yaradıcı qrup üçün Kəlbəcər rayonu ərazisinə ilk dəfə infotur təşkil edib.Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər haqqında infotur iştirakçılarına ətraflı məlumat verilib.

İncənət ustalarına Kəlbəcərin təbiəti ilə yerində tanış olmaq, buradakı əsrarəngiz mənzərələri əyani şəkildə görmək imlanı yaradılıb. Onlar həmçinin bu ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərin izlərini, dağıdılıb talan edilmiş yurd yerlərimizi müşahidə edib, hazırda təsərrüfat məqsədləri üçün rayon ərazisində gəlmiş yerli sakinlərlə həmsöhbət olublar. Fırça və tişə ustaları təbiət mənzərələrini birbaşa naturadan çəkmək fürsətindən də yararlanıb, kağız və kətan üzərində çizgilər işləyib, foto-video çəkilişlər aparıblar.

Yaradıcı qrupun üzvləri səfər çərçivəsində Kəlbəcər şəhərini, qədim alban məbədi Xudavəng monastrını ziyarət edib, Sərsəng su anbarının yerləşdiyi ərazidə olublar. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə 48 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 20:56
Göygöldə 48 yaşlı kişinin meyiti tapılıb
Cəbrayılda bir gündə ikinci mina partlayışı baş verib
Cəmiyyət 20:16
Cəbrayılda bir gündə ikinci mina partlayışı baş verib
Cəbrayılda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağırdır - Yenilənib
Cəmiyyət 18:30
Cəbrayılda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağırdır - Yenilənib
Sabah leysan olacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 18:03
Sabah leysan olacaq - XƏBƏRDARLIQ
Bəzi informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlanıb
Cəmiyyət 17:14
Bəzi informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlanıb
TƏBİB sistemdəki problemlə bağlı açıqlama verib
Cəmiyyət 16:28
TƏBİB sistemdəki problemlə bağlı açıqlama verib
İşləyən pensiyaçıların sayı bir ildə 22% azalıb
Cəmiyyət 15:01
İşləyən pensiyaçıların sayı bir ildə 22% azalıb
Belarus və Azərbaycan ixrac tədarükünə dair sazişlər imzalayıb
Cəmiyyət 14:33
Belarus və Azərbaycan ixrac tədarükünə dair sazişlər imzalayıb
Peskov: Putin Türkmənistanda İlham Əliyevlə görüşəcək
Cəmiyyət 13:56
Peskov: Putin Türkmənistanda İlham Əliyevlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol