• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər Günündə “Sıfır Tullantı” həmrəylik marafonu baş tutdu

Xəzər Günündə “Sıfır Tullantı” həmrəylik marafonu baş tutdu
12.08.2024 14:59
Korporativ Sosial Məsuliyyət layihələri ilə vaxtaşırı gündəmə gələn Qırmızı Ürəklər Fondunun budəfəki təşəbbüsü 12 avqust Xəzər Günündə reallaşıb. Belə ki, Fond Kapital Bank-ın 150 illik yubileyi münasibətilə "Sıfır tullantı” Həmrəylik Marafonuna start verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kapital Bank-ın tərəfdaşlığı ilə baş tutan marafon Lənkəran şəhərində həyata keçirilib. Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsinə Kapital Bank-ın Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 70 nəfər əməkdaş könüllü olaraq qoşulub. Nəticədə ərazi 628 kq həcmində plastik və digər məişət tullantılarından təmizlənib. 

Layihənin həyata keçirilməsində məqsəd dəniz sahillərinin, dağ, meşə ərazilərinin tullantılardan təmizlənməsi, cəmiyyətdə ətraf mühitə qarşı həssaslığı artırmaq və ekoloji maarifləndirməni gücləndirməkdir. Marafon çərçivəsində baş tutan tədbirdə  fikirlərini bölüşən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov layihədə iştirak edən təbiətsevərlərə təşəkkür edib. "Bu təşəbbüslər davamlı olmalıdır.
 
Dünyamızın, ölkəmizin bizim və gələcək nəsillərin sağlam gələcəyi üçün həmrəy olmağımız şərtdir. Biz Fond olaraq bu mövzuda olan bütün layihələrdə yer almağa çalışır və hər kəsi ekologiyanın qorunmasına dəstək olmağa, ən azı öz üzərinə düşən məsuliyyəti dərk edərək ətraf mühiti qorumağa çağırırıq”. 

Xatırladaq ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 12 avqust 2006-cı il tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix "Xəzər Günü” kimi qeyd olunur. Konvensiya Xəzəryanı dövlətlər arasında təbiəti mühafizə şərtlərinin əks olunduğu ilk hüquqi sazişdir. 

Qeyd edək ki, "Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol