• $
  • £

MSK-nın nümayəndə heyəti Özbəkistanda seçkiləri müşahidə edəcək

MSK-nın nümayəndə heyəti Özbəkistanda seçkiləri müşahidə edəcək
26.10.2024 13:36
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfərə yola düşüb.Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi 2024-cü il oktyabrın 27-də Özbəkistan Ali Məclisinə keçiriləcək seçkiləri izləməkdir.

Səfər proqramına uyğun olaraq, MSK sədrinin Özbəkistanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılması planlaşdırılır.

MSK Özbəkistan Ali Məclisinə seçkilərin müşahidəsində müxtəlif beynəlxalq təşkilatlarda da təmsil olunur. Belə ki, Komissiyanın digər təmsilçiləri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də sözügedən seçkilərin izlənilməsinə qatılıblar.

MSK-nın nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN Kolumbiyaya başsağlığı verib
Siyasət 22:00
Azərbaycan XİN Kolumbiyaya başsağlığı verib
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb
Siyasət 21:56
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb
Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək
Siyasət 13:53
Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək
Azərbaycanın bir sıra ölkələrdəki səfirləri vəzifələrindən geri çağırılıb
Siyasət 13:29
Azərbaycanın bir sıra ölkələrdəki səfirləri vəzifələrindən geri çağırılıb
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
İlham Əliyev Pezeşkiana təşəkkür edib
Siyasət 11:09
İlham Əliyev Pezeşkiana təşəkkür edib
Prezident sinqapurlu həmkarını təbrik etdi
Siyasət 11:36
Prezident sinqapurlu həmkarını təbrik etdi
Trampın kürəkəni Moskvaya gedəcək
Siyasət 21:18
Trampın kürəkəni Moskvaya gedəcək
İlham Əliyev Trampa məktub göndərdi
Siyasət 21:00
İlham Əliyev Trampa məktub göndərdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol