• $
  • €
  • ₽
  • ₺
  • £

“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı

“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı
26.11.2024 18:43
 Proqram haqqında
Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul açıq elan edilir. Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin  I kursunda bakalavriat təhsili alan tələbə oğlan və qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə edəcəklər.

Seçim şərtləri
1.      Təqaüd proqramında iştirak etmək üçün tələb olunan meyarlar aşağıdakılardır:
ü  Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
ü  Azərbaycan Respublikasının elmi-müəssisə və təşkilatlarında əyani təhsilalma forması üzrə bakalavriat təhsili (1-ci kurs) almalıdır.
ü  Ali təhsil müəssisəsinə minimum qəbul balı 600 olmalıdır.
ü  Dərsdənkənar fəaliyyətdə aktiv olmalıdır (könüllü, sosial fəaliyyət və s.).

ü  Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:
•        ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü;
•        I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
•        valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.
•        hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
o   I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
o   işsiz kimi qeydiyyatda olanlar;
o   iş yeri olmayan və yaşa görə əmək pensiyası alanlar;
o   iş yeri olmayan və yaşa görə sosial müavinət alanlar.
Qeyd: Yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.
Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbələrin həyatı ilə bağlı suallar veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 23 tələbə aylıq 200 manat məbləğində təqaüd əldə edəcəkdir.

Müraciət forması
Bu linkə  keçid etməklə proqrama müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix: 15 dekabr 2024-cü il.
Qeyd: Təhsilin İnkişafı Fondunun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməz.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:29
Bu ərazilərdə qaz olmayacaq

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 17:48
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bu yol təmirə bağlanır - Sürücülərin nəzərinə!
Cəmiyyət 17:21
Bu yol təmirə bağlanır - Sürücülərin nəzərinə!
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - sərəncam
Cəmiyyət 17:16
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - sərəncam
Bakıda açıq yağış kanalizasiya quyusuna görə AAYDA rəsmisi 2 000 manat cərimələnib
Cəmiyyət 17:00
Bakıda açıq yağış kanalizasiya quyusuna görə AAYDA rəsmisi 2 000 manat cərimələnib
Dövlət Statistika Komitəsində struktur dəyişiklikləri aparılıb
Cəmiyyət 16:39
Dövlət Statistika Komitəsində struktur dəyişiklikləri aparılıb
Ermənistan parlamentinin komitəsi TRIPP sazişinin ratifikasiyasını dəstəkləyib
Cəmiyyət 16:20
Ermənistan parlamentinin komitəsi TRIPP sazişinin ratifikasiyasını dəstəkləyib
Bakıda reabilitasiya mərkəzində 2 yaşlı uşağa qarşı zorakılıq iddiası araşdırılır
Cəmiyyət 16:12
Bakıda reabilitasiya mərkəzində 2 yaşlı uşağa qarşı zorakılıq iddiası araşdırılır
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı körpə ölüb
Cəmiyyət 15:51
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı körpə ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox