Azərbaycan qəza ilə bağlı Rusiyanın təklifini rədd edib
Azərbaycan Rusiyanın qəza ilə bağlı araşdırılması təklifini rədd edib. Bunu ölkə Prezidenti İlham Əliyev dövlət kanalına müsahibəsində deyib.
"Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”, - o bildirib.
Prezident bildirib ki, qəzanın təfərrüatları araşdırlacaq və bununla bağlı ilk gündən beynəlxalq ekspertər qrup fəaliyyət göstərir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət
21:15
Prezidentin sosial şəbəkə hesablarında Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib - Video
Son xəbərlər
Daha çox