• $
  • £

Ermənistan Azərbaycanı suçlayan bəyanatla çıxış edib

Ermənistan Azərbaycanı suçlayan bəyanatla çıxış edib
28.01.2025 13:00
Azərbaycan Silahlı Qüvvələri hələ də Ermənistan ərazisində qalır və rəsmi İrəvan bu məsələnin həllini sərhədlərin delimitasiya prosesinin sonunda həll ediləcəyini düşünür. Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Edvard Asryan bəyan edib.

"Sərhədlərdə vəziyyət nisbətən stabildir, düşmən qüvvələrinin kütləvi toplanması müşahidə olunmur. Lakin biz narahat olmalıyıq. Çünki qarşı tərəf Ermənistanın suveren ərazilərində qalmaqda davam edir. Biz öz vəzifəmizi yerinə yetiririk və ölkənin siyasi rəhbərliyi ilə birlikdə sülh, delimitasiya və demarkasiya yolunu seçmişik", –  Asryan "Yerablur" hərbi poliqonunda  jurnalistlərə bildirib.

O, Azərbaycanın silahlı  qüvvələrinin Cermuk şəhərindən çıxıb-çıxmayacağına dair suala cavab verməkdən imtina edərək, delimitasiya nəticələrini gözləməyi tövsiyə edib.
 
Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, həmin istiqamətdə istənilən ərazi, mövqe əhəmiyyətlidir.
 
"Qarşı tərəf bu məsələ ilə əlaqədar çox hay-küy salırlar. Hər-halda ordu harasa hücuma keçəndə qərar verirlər. Bir ərazi üçün plan hazırlanısa, həmin ərazi strateji əhəmiyyətli hesab olunur. Azərbaycanla Ermənistan arasında COP29-a görə bəzi proseslər saxlanılmışdı. Artıq müəyyən vaxt keçib. Erməmistan tərəfi ancaq bəyanatlar səsləndirirlər. Azərbaycan ordusunun onların hansı torpaqlarında olduğunu deyə bilməzlər. Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. O ki qaldı Azərbaycan ordusunun ermənistan ərazisisndə olması ifadəsi işlənə bilməz. Komissiya işləyəndən sonra əgər elə bir fakt olarsa, təsdiqini taparsa Azərbaycan müvaffiq addımlar atacaq",- ekspert vurğulayıb.
 
2024-cü ilin sentyabrında Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında ratifikasiya layihəsini dərc edib.
 
2024-cü ilin sentyabrında Ermənistan hökuməti Azərbaycanla sərhəd delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti ilə bağlı ratifikasiya layihəsini dərc edib.

Qanun layihəsinə əsasən, Ermənistan və Azərbaycan komissiyaları delimitasiya prosesi zamanı bütün xəritə və hüquqi əsasları olan sənədlərdən istifadə edəcəklər.
 
2024-cü ilin aprelində İrəvan və Bakı sərhəd delimitasiyasını Ermənistanın Bağanis kəndi – Azərbaycanın Bağanis Ayrım kəndi, Ermənistanın Voskepar kəndi – Azərbaycanın Aşağı Əskipara kəndi, Ermənistanın Kirants kəndi – Azərbaycanın Heyrimli kəndi, Ermənistanın Berkaber kəndi – Azərbaycanın Qızılhacılı kəndi əraziləri üzrə razılaşdırıblar.
 
Bundan sonra Azərbaycanın nəzarətinə dörd kənd qaytarılıb ki, bu kəndlər əvvəlcə Azərbaycan SSR-in tərkibində olub, lakin 1990-cı illərdən Ermənistanın nəzarətində idi.
 
N.Təbrizli
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Siyasət 20:10
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Xarici diplomatlar Şuşanın Birinci yaşayış məhəlləsini ziyarət ediblər
Siyasət 18:50
Xarici diplomatlar Şuşanın Birinci yaşayış məhəlləsini ziyarət ediblər
BMTMM-nin sədrinə 3 müavin təyin edilib
Siyasət 17:40
BMTMM-nin sədrinə 3 müavin təyin edilib

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Siyasət 16:29
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
Siyasət 10:30
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib
Siyasət 15:10
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib

Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiq edib
Siyasət 14:32
Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiq edib
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb, iki Azərbaycan vətəndaşı ölüb - XİN
Siyasət 13:41
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb, iki Azərbaycan vətəndaşı ölüb - XİN
Prezident İlham Əliyev İƏT-in yeni baş katibini təbrik edib
Siyasət 12:43
Prezident İlham Əliyev İƏT-in yeni baş katibini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol