• $
  • £

TANAP-la Türkiyə və Avropaya nəql edilən qazın həcmi açıqlanıb

TANAP-la Türkiyə və Avropaya nəql edilən qazın həcmi açıqlanıb
04.02.2025 18:40
Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya nəqlinin ümumi həcmi 75 milyard kubmetrə çatıb.

Bu barədə TANAP konsorsiumunun məlumatında bildirilib.

"Bu günə qədər Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP vasitəsilə nəql edilən qazın ümumi həcmi tədarüklərin başlanğıcından bəri 75 milyard kubmetr təşkil edib. Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olan TANAP ilə qaz tədarükü fasiləsiz davam edir”, – konsorsium bildirir.

2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 850 kilometr uzunluğunda olan TANAP Türkiyə ərazisindən keçərək "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır.

Onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr təşkil edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Şahdəniz Alfa" platforması profilaktik işlərdən sonra qaz hasilatını bərpa edib
İqtisadiyyat 15:50
"Şahdəniz Alfa" platforması profilaktik işlərdən sonra qaz hasilatını bərpa edib
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
İqtisadiyyat 15:37
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb
İqtisadiyyat 14:56
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
İqtisadiyyat 11:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
Bu il Azərbaycanda 270 mindən çox "Asan İmza" sertifikatı verilib
İqtisadiyyat 11:22
Bu il Azərbaycanda 270 mindən çox "Asan İmza" sertifikatı verilib
Золото и серебро подешевели на мировых товарных биржах
İqtisadiyyat 10:24
Золото и серебро подешевели на мировых товарных биржах
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:51
Dünya bazarlarında neft ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:45
Bu günün valyuta məzənnələri açıqlanıb
Azərbaycan nefti 95.5 dollara satılır
İqtisadiyyat 09:14
Azərbaycan nefti 95.5 dollara satılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol