• $
  • €
  • ₽
  • ₺
  • £

Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan

Regionda sülh üçün tarixi şans yaranıb - Simonyan
11.02.2025 11:43

Regionda sülhün bərqərar olması üçün tarixi şans yaranıb. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

Simonyan vurğulayıb ki, danışıqlar prosesi dalana dirənməyib, lakin proses gecikir. 

Spiker regionda tarixi şans yarandığını da qeyd edib. 

Ermənistan rəsmisi danışıqlar prosesində Rusiya tərəfinin vasitəçiliyini qəbul etməyəcəyini də açıqlayıb. 

Rusiya Ermənistan və Azərbaycan arasında normallaşmaya kömək etməyə hazırdır, lakin hər iki tərəfin müstəqil səylərini alqışlayacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan parlamentinin spikeri Alen Simonyanın İrəvanın çətin ki, Moskvanın bu məsələdə vasitəçiliyi ilə razılaşacağı barədə bəyanatını şərh edərkən bildirib.

"İstənilən yardımı göstərməyə hazır olduğumuzu saxlamaqla, biz müstəqil səyləri alqışlayacağıq. Əsas odur ki, Cənubi Qafqaz regionu proqnozlaşdırıla bilən olaraq qalsın və o, həqiqətən də tərəqqi və əməkdaşlıq ərazisinə çevrilsin" o deyib.

Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.

 

Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 

 

Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 

 

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 

Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 

Gülnar Nazimqızı 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Siyasət 19:41
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Siyasət 14:00
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Siyasət 11:25
Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Siyasət 10:54
Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Prezident Forumda çıxış edir
Siyasət 10:02
Prezident Forumda çıxış edir
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Siyasət 22:29
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
Siyasət 19:19
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Siyasət 18:47
Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Hikmət Hacıyev Ermənistan cəmiyyətinin nümayəndələrindən üzrxahlıq gözlədiyini bildirib
Siyasət 15:23
Hikmət Hacıyev Ermənistan cəmiyyətinin nümayəndələrindən üzrxahlıq gözlədiyini bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol