• $
  • £

Aytən Səfərovaya cinayət işi açılıb

Aytən Səfərovaya cinayət işi açılıb
12.08.2025 11:15

Aparıcı Aytən Səfərova barəsində keçirdiyi yol qəzası ilə bağlı cinayət işi başlanıb, istintaq gedir. Bu barədə Günunsesi.info məlumat yayıb.

Ötən ilin aprelində Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində aparıcının idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə “Hyundai İX-35” markalı avtomobilin toqquşması Ayxan Əliyev adlı gəncin ölümü ilə nəticələnib.

Ekspertiza və bir ilə yaxın davam edən istintaq araşdırmalarından sonra belə nəticəyə gəlinib ki, baş vermiş qəzada həm “Hyundai İX-35”in sürücü İsmayıl Məmmədovun, həm də jurnalistin təqsiri olub.

19 yaşlı İsmayıl Məmmədov 8 Noyabr prospektindən Sadıqcan küçəsinə dönərkən yol hərəkəti qaydalarına əməl etməyib – dönməni ikinci zolaqdan qırmızı işıqda yerinə yetirib.

Aytən Səfərovaya gəlincə, ekspertiza rəy verib ki, onun da hərəkətində “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub. Yəni o, sürət həddini aşıb. Ekspertin rəyinə görə, onun bu əməli ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olub. Qanunun bu tələbinə əməl etsəydi, hadisənin qarşısını almağa texniki imkanı olardı.

Bundan başqa, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib. Belə ki, hadisə baş verəndə onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtarıb.

İstintaqın sonunda “Hyundai İX-35”in sürücüsünə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Hadisə vaxtı onun avtomobilində olmuş və dünyasını dəyişmiş dostu Ayxan Əliyevin ailəsi şikayətçi olmayıb. Məhkəmənin hökmü ilə İsmayıl Məmmədova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il cəza verilib.

Aytən Səfərova haqqında isə Cinayət Məcəlləsinin CM-nin 263-1.3-cü (yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi ayrılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni Suraxanıda qaz olmayacaq
Cəmiyyət 09:22
Yeni Suraxanıda qaz olmayacaq
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:40
Sabah bu ərazilərdə işıq olmayacaq
Qazaxda açıq ərazidə yanğın baş verib
Cəmiyyət 21:12
Qazaxda açıq ərazidə yanğın baş verib
Beyləqanda “Niva” kanala aşıb, 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralanıb
Cəmiyyət 19:39
Beyləqanda “Niva” kanala aşıb, 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralanıb
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq
Cəmiyyət 18:25
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq


Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
Cəmiyyət 17:12
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
Baş nazir Bakıda 2 bağın birləşməsi ilə bağlı qərar imzalayıb
Cəmiyyət 15:47
Baş nazir Bakıda 2 bağın birləşməsi ilə bağlı qərar imzalayıb
Fransaya casusluqda ittiham olunan Fransa vətəndaşı azadlığa buraxılıb
Cəmiyyət 15:27
Fransaya casusluqda ittiham olunan Fransa vətəndaşı azadlığa buraxılıb
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Cəmiyyət 14:56
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol