• $
  • £

Asim Mollazadə Azərbaycan və ABŞ-ın müdafiə sazişini dəstəkləyir

Asim Mollazadə Azərbaycan və ABŞ-ın müdafiə sazişini dəstəkləyir
28.12.2013 14:28

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisdə Azərbaycan və ABŞ müdafiə nazirlikləri arasında imzalanmış sazişin müddətinin uzadılmasını dəstəklədiyini bəyan edib. O, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə" sənədin müzakirəsi zamanı deyib ki, bu, Azərbaycan silahlı qüvvələrinin inkişafı, müasirləşməsi üçün mühüm və strateji sənəddir.

“Lakin bu tip sazişlərin imzalanması heç də o demək deyil ki, Azərbaycan sülh prosesindən əl çəkmək niyyətindədir. Azərbaycan öz hərbi qüdrətini artırmaqla yanaşı, münaqişənin həllinin müharibə deyil, sülh variantına üstünlük verir” deyən A.Mollazadə erməni tərəfinin ölkəmizin sülh çağırışlarına məhəl qoymadığını da xatırladıb. DİP sədri bildirib ki, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə bölgədə əməkdaşlığı və inkişafı təmin etmək üçün sülh istədiyini bəyan edib. “Azərbaycan parlamentində Qarabağ icmasını təmsil edən deputatlar da, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev də dəfələrlə öz çıxışlarında Azərbaycan və erməni icmasının görüşlərini, əməkdaşlığını təklif ediblər. Lakin erməni icması bu görüş və danışıqlardan yayınır. Ona görə də, biz beynəlxalq ictimaiyyəti ermənilərin bizim sülh çağırışlarımıza cavab vermədikləri barədə məlumatlandırmalıyıq. Həmçinin onları Azərbaycan və erməni  icmalarının görüşərək mövcud problemləri müzakirə etməsinə dəstək verməyə çağırmalıyıq” – deyə A.Mollazadə əlavə edib.

ANN.Az

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Siyasət 23:35
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
Siyasət 21:29
Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
Sahibə Qafarova Serbiyaya səfər edəcək
Siyasət 20:30
Sahibə Qafarova Serbiyaya səfər edəcək
Azərbaycan XİN Pakistandakı xəstəxana yanğını ilə bağlı başsağlığı verib
Siyasət 17:43
Azərbaycan XİN Pakistandakı xəstəxana yanğını ilə bağlı başsağlığı verib
Bakıda 220 yerlik Bilgəh incəsənət məktəbi açılıb - Mehriban Əliyeva açılışda iştirak edib
Siyasət 17:30
Bakıda 220 yerlik Bilgəh incəsənət məktəbi açılıb - Mehriban Əliyeva açılışda iştirak edib
Mehriban Əliyevanın doğum günüdür
Siyasət 09:00
Mehriban Əliyevanın doğum günüdür
Putin Mehriban Əliyevanı təbrik edib
Siyasət 21:24
Putin Mehriban Əliyevanı təbrik edib
Tahir Tağızadə etimadnaməsinin surətini Serbiya XİN-ə təqdim edib
Siyasət 20:35
Tahir Tağızadə etimadnaməsinin surətini Serbiya XİN-ə təqdim edib
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir - fərman
Siyasət 16:41
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir - fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol