• $
  • €
  • ₽
  • ₺
  • £

ŞKTR-dəki prezident seçkilərində Tufan Erhürman qalib gəlib - Yenilənib

ŞKTR-dəki prezident seçkilərində Tufan Erhürman qalib gəlib - Yenilənib
19.10.2025 22:30

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.Bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.

O, şuranın əvvəl açıqladığı rəqəmləri təkrarlayaraq qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.

Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib.

O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək: "Kimsənin bundan şübhəsi olmasın".

***

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçkiləri keçirilir.Bu barədə  "Haber Global" xəbər verir.

Səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 18.00-dək davam edəcək.

Ümumilikdə 777 seçki məntəqəsi yaradılıb. 218 min 313 seçicinin olduğu KKTC-də prezident seçilmək üçün etibarlı səslərin sadə əksəriyyəti tələb olunur.

Hər hansı namizəd birinci turda 50% + 1% səs toplasa, prezident seçiləcək.

Namizədlərdən heç biri mütləq səs çoxluğu əldə etməsə, birinci turda ilk iki yeri tutan namizəd yeddi gün ərzində keçiriləcək ikinci tur seçkidə iştirak edəcək.

İkinci turda ən çox səs toplayan namizəd prezident postunu tutmaq hüququ qazanacaq.

Beş-i müstəqil olmaqla seçkidə yeddi namizəd iştirak edir. Hazırkı prezident Ersin Tatar bu dəfə seçkilərə müstəqil namizəd kimi qatılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol