İran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ölkənin silahlı qüvvələri yüksək hazırlıq vəziyyətindədir.Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yeni silahları sınaqdan keçirmişik. İranın silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir”, – deyə Əraqçi müsahibəsindən sitatı “Telegram” kanalında paylaşıb.
Nazirin sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın normal vəziyyətə qayıtması üçün vaxt lazımdır.
“İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və bu müqavilə çərçivəsindəki öhdəliklərinə sadiqdir.
Müharibə ehtimalını istisna etmirik və bütün ssenarilərə hazırıq. Bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılmasını və başa çatmasını tələb edirik.
Hörmüz boğazının yenidən açılmasını İran və Oman Sultanlığı tərəfindən bu boğazda müəyyən edilmiş yeni gəmiçilik marşrutunun qəbul edilməsi və digər istiqamətlərin bağlanması ilə şərtləndiririk”, – deyə Əraqçi qeyd edib.
Qeyd edək ki, İran Qətərdəki aktivlərinin blokdan çıxarılmasını da tələb edir.
Son xəbərlər
Daha çox