• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda üç müxalifət partiyası ləğv edilə bilər

Gürcüstanda üç müxalifət partiyası ləğv edilə bilər
28.10.2025 23:48

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasını və iki parlament qrupunu təmsil edən deputatlar dövlət əleyhinə və antikonstitusion fəaliyyətlərdə iştirakı təsdiq edilmiş siyasi partiyaların qadağan edilməsi üçün Gürcüstan Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırıblar.Bu barədə parlamentin sədri Şalva Papuaşvili brifinqdə bəyan edib.

“Biz “Vahid Milli Hərəkat”, “Dəyişikliklər üçün Koalisiya” və “Lelo – Güclü Gürcüstan” partiyalarının qeyri-konstitusion elan edilməsinin tərəfdarıyıq”, – deyə spiker bildirib.

Papuaşvili qeyd edib ki, iddianın qaldırılmasına əsas müvəqqəti parlament istintaq komissiyasının rəyi olub.

Onun sözlərinə görə, bu komissiya müxtəlif siyasi qüvvələrin, eləcə də Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili tərəfindən təsis edilmiş keçmiş hakim partiya “Vahid Milli Hərəkat”ın dövlətə və konstitusiyaya qarşı fəaliyyətləri məsələsini bir neçə ay ərzində araşdırıb:

“Konstitusiya Məhkəməsi iddia ərizəsini təmin edəcəyi təqdirdə, qanunvericiliyi pozan siyasi partiyalara və ya onlarla əlaqəli şəxslərə seçkilərdə iştirak etmək qadağan olunacaq. Bu partiyaların üzvlərinə, həmçinin dövlət vəzifələrini tutmaq və yeni partiyalar yaratmaq qadağan ediləcək”.

Konstitusiya Məhkəməsi iddia üzrə qərarı yaxın aylarda verəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol