• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan “İbrahim sazişləri”nə qoşulur

Qazaxıstan “İbrahim sazişləri”nə qoşulur
06.11.2025 23:55

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Tramp ilə cümə axşamı keçiriləcək görüşdə “İbrahim sazişləri”nə qoşulacağını elan edəcək.Bu barədə “Axios” nəşrinə ABŞ rəsmiləri məlumat veriblər.

Məlumata görə, bu addım Vaşinqton tərəfindən İsrailin ərəb və müsəlman dünyası ilə əməkdaşlıq platformasının yenidən canlandırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. ABŞ administrasiyası hesab edir ki, əhalisinin əksəriyyəti müsəlman olan Qazaxıstanın təşəbbüsə qoşulması İsrailin beynəlxalq legitimliyini möhkəmləndirəcək.

Bildirilir ki, Tramp və Tokayev İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə telefon danışığı aparacaq və Astananın “İbrahim sazişləri”nə qoşulmaq niyyətini rəsmi şəkildə bəyan edəcəklər. Daha sonra Ağ Evdə imzalama mərasimi keçirilə bilər.

Ekspertlərin fikrincə, Qazaxıstan üçün bu addım Vaşinqtonla münasibətləri möhkəmləndirmək və ölkənin dini tolerantlıq siyasətinə sadiqliyini nümayiş etdirmək baxımından əhəmiyyətli olacaq.

“İbrahim sazişləri” 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanıb və İsrail ilə bir sıra ərəb-müsəlman ölkələri – BƏƏ, Bəhreyn və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasına gətirib çıxarıb. ABŞ bundan sonra da sazişin genişləndirilməsi istiqamətində danışıqları davam etdirir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol