• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə təyyarəsinin fraqmentlərinin ekspertizası aparılır-Gürcüstan DİN

Türkiyə təyyarəsinin fraqmentlərinin ekspertizası aparılır-Gürcüstan DİN
13.11.2025 14:12

Türkiyə təyyarəsinə məxsus və istintaq üçün vacib olan bütün texniki vasitələr və fraqmentlərə baxış keçirilib və ekspertiza aparılır. Bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze bildirib.

Nazirin sözlərinə görə, istintaq və xilasetmə tədbirlərinə Gürcüstan və Türkiyə tərəfindən mindən çox nümayəndə cəlb olunub.

Geladze Daxili İşlər Nazirliyinin bölmələrinə, Müdafiə Qüvvələrinin nümayəndələrinə və Türkiyə tərəfinə təşəkkür edib.

O vurğulayıb ki, məhkəmə-tibb ekspertləri və istintaq qrupu qəza baş verən yerdə iş aparmaqda davam edir.

Noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılmışdı. Təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol