• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub - Yenilənib

Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub - Yenilənib
13.11.2025 22:49

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.Bu barədə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub.

22:36

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi ilə əlaqənin kəsildiyini açıqlayıb.Bu barədə yerli mətbuat xəbər verir.

Nazirlik iki AT802 yanğınsöndürmə təyyarəsinin texniki xidmət üçün Xorvatiyaya yola düşdüyünü, lakin onlardan biri ilə əlaqənin kəsildiyini bildirib.

"Təyyarələr bu gün Türkiyə vaxtı ilə saat 17:38-də (GMT+3) Zaqreb Hava Limanına yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb. Təyyarələrimizdən biri geri dönmə zamanı Rejika Hava Limanına eniş edib, Türkiyə vaxtı ilə saat 18:25-dədigər təyyarə ilə radio əlaqəsi kəsilib", - nazirliyin açıqlamasında bildirilir.

Nazirlik itkin düşmüş təyyarənin və pilotunun yerini müəyyən etmək üçün Xorvatiya hakimiyyəti ilə əlaqələndirilmiş şəkildə axtarış-xilasetmə işlərinə başlandığını açıqlayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol