• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gündən Azərbaycanda istilik mövsümü başlayır

Bu gündən Azərbaycanda istilik mövsümü başlayır
15.11.2025 09:15

Bu gündən Azərbaycanda növbəti istilik mövsümünə start verilir.Bu barədə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Məlumata görə, 2025-2026-ci illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC Bakı şəhəri və respublikanın regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq bağçasının, 143 səhiyyə müəssisəsinin və 2786 sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulmaqdadır.

Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək.

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn il mayın 1-nə qədər davam edəcək.

İşğaldan azad edilmiş Şuşa şəhərində 7 qazanxana var ki, onlar da mövsümün başlanması ilə əlaqədar artıq işə düşüb. Sözügedən qazanxanalar Şuşa işğaldan azad olunduğu dövrdə inşa olunub. Ötən mövsümlərdə də işlək vəziyyətdə olub.

Respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən isə 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) 34 qazanxana vasitləsilə 1149 mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 14 sosial və təsərrüfat hesablı obyektlər “Azəristiliktəchizat” ASC-nin istilik mənbələrinə qoşulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol