• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan Bakı və Sumqayıtda Yeni il yarmarkaları fəaliyyətə başlayır

Sabahdan Bakı və Sumqayıtda Yeni il yarmarkaları fəaliyyətə başlayır
24.12.2025 17:23

Sabahdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə Bakının daha yeddi ərazisində və Sumqayıt şəhərində "Kənddən Şəhərə" Yeni il yarmarkaları keçiriləcək.

 Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan yarmarkalar Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində (köhnə "Şərq bazarı"nın yaxınlığı), Bakıda isə "Əhmədli", "Xalqlar Dostluğu", "Neftçilər", "Qara Qarayev", "Nəriman Nərimanov", "Elmlər Akademiyası" və "Azadlıq" metro stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək. "Kənddən Şəhərə" yarmarkaları dekabrın 29-dək davam edəcək.

Yarmarkaların təşkilində əsas məqsəd fermerlərin satış imkanlarını genişləndirmək, regionlardan gətirilən yerli məhsulları daha çox istehlakçıya çatdırmaq, bayram günlərində vətəndaşların keyfiyyətli, təbii və yerli məhsullara rahat çıxışını təmin etməkdir. Layihə çərçivəsində xüsusilə kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışının təmin olunmasına xüsusi önəm verilir.

Yarmarkalarda ölkənin 40-a yaxın regionundan iştirak edəcək 160-a yaxın fermer öz təsərrüfatlarında yetişdirdikləri 150-dən artıq çeşiddə məhsulu satışa çıxaracaqlar.

Qeyd edək ki, təşkil olunan yarmarkalarda fermerlər satış üçün yer, piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 12:05
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Cəmiyyət 11:46
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif

Yasamalda içməli su xəttində qəza baş verib
Cəmiyyət 11:41
Yasamalda içməli su xəttində qəza baş verib
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir
Cəmiyyət 11:36
Siyavuş Novruzov: Bələdiyyələr 300–500 min qeydiyyatsız evdən vergi toplaya bilmir

Biləsuvarda 10 nəfər qidadan zəhərlənib
Cəmiyyət 11:12
Biləsuvarda 10 nəfər qidadan zəhərlənib

Şimşək çaxıb, leysan yağıb- Faktiki hava
Cəmiyyət 11:05
Şimşək çaxıb, leysan yağıb- Faktiki hava

Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Quba-Xınalıq yolunda sürüşmə olub
Cəmiyyət 10:25
Quba-Xınalıq yolunda sürüşmə olub
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Cəmiyyət 10:04
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol