• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: ailələrə dəstək yalnız uşaq pulu ilə məhdudlaşmamalıdır

Deputat: ailələrə dəstək yalnız uşaq pulu ilə məhdudlaşmamalıdır
30.09.2026 12:02

Azərbaycanda gənc ailələr üçün güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyinin verilməsi və uşaqlı ailələrə əlavə mənzil mexanizmlərinin tətbiqi təklif olunur.
Bunu deputat Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bir çox gənc ailə üçün əsas məsələ uşağa görə ödənişin məbləğindən daha çox mənzil problemidir.


“Bu gün bir çox gənc üçün artıq əsas sual ‘uşaq pulu nə qədər olacaq?’ deyil, ‘harada yaşayacağıq?’ sualıdır. Güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə mexanizmlər bu siyasətin bir hissəsi ola bilər”, - deputat bildirib.


Nurullayev “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” qanun layihəsinin hazırlanmasının parlamentin 2026-cı il payız sessiyasının iş planına daxil edilməsini təklif edib.


Onun fikrincə, ailələrə, uşaqlara və gənclərə göstərilən mövcud dövlət dəstəyi müxtəlif qanunlar və proqramlar arasında bölünüb. Yeni qanun bu hüquq və xidmətləri vahid hüquqi çərçivədə birləşdirməli, onları vətəndaşlar üçün daha aydın və əlçatan etməlidir.


Deputat uşaq bağçalarının əlçatanlığının artırılmasını, çevik iş rejimlərinin genişləndirilməsini və valideynlər üçün uyğun əmək şəraitinin yaradılmasını da təklif edib. O bildirib ki, qadın ana olduqdan sonra əmək bazarından kənarda qalmamalıdır.


“Dövlət ailəyə ‘övlad sahibi olun’ deyən tərəf kimi deyil, bu qərarın məsuliyyətini bölüşən tərəf kimi çıxış etməlidir”, - Nurullayev qeyd edib.


Onun sözlərinə görə, ailələrə dəstək yalnız birdəfəlik və ya aylıq ödənişlərlə məhdudlaşmamalı, mənzil, uşaq baxımı, valideynlərin məşğulluğu, təhsil və uşağın gələcək maliyyə təhlükəsizliyini əhatə edən kompleks sistem formasında qurulmalıdır.


Deputat hesab edir ki, demoqrafik problemlər inzibati çağırışlarla deyil, ailələrin gələcəyə inamını artıran sosial və iqtisadi təminatlarla həll edilə bilər.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol