• $
  • £

Timoşenko Rusiyada axtarışa verildi

Timoşenko Rusiyada axtarışa verildi
27.01.2026 20:29

Ukraynanın keçmiş baş naziri və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbərlər yaymaqda ittiham olunaraq beynəlxalq axtarışa verilib.Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Timoşenko barəsində cinayət işi artıq Moskvanın Basmannı Rayon Məhkəməsinə göndərilib. İstintaqın iddiasına görə, o, sosial media hesabında Buça və İrpin şəhərlərindəki hadisələrlə bağlı Rusiya ordusunu hədəf alan məlumatlar paylaşıb. Rusiya tərəfi Timoşenkonun 2024-cü ilin iyulundan axtarışa verildiyini, 2025-ci ilin dekabrında isə barəsində qiyabi həbs qətimkan tədbirinin seçildiyini vurğulayıb.

Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu da (NABU) Timoşenkonu korrupsiyada və siyasi rüşvətxorluqda şübhəli bilir. Yanvarın 14-də yayılan səs yazılarında “Batkivşina” liderinin digər millət vəkillərinə konkret qanun layihələrinə “düzgün” səs vermələri üçün müəyyən məbləğ müqabilində təlimatlar verdiyi iddia olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Latviya Rusiyaya etiraz notası təqdim edib
Dünya 20:24
Latviya Rusiyaya etiraz notası təqdim edib
Netanyahu iyulun 27-də Vaşinqtona səfər edəcək
Dünya 19:12
Netanyahu iyulun 27-də Vaşinqtona səfər edəcək
Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
Dünya 18:05
Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
Tramp onlarla ölkəyə yeni idxal tarifləri tətbiq etməyə hazırlaşır
İqtisadiyyat 10:20
Tramp onlarla ölkəyə yeni idxal tarifləri tətbiq etməyə hazırlaşır
İran ABŞ hərbi əməliyyatları ilə bağlı Körfəz ölkələrinə xəbərdarlıq edib
Dünya 00:08
İran ABŞ hərbi əməliyyatları ilə bağlı Körfəz ölkələrinə xəbərdarlıq edib
Tramp İrana qarşı daha genişmiqyaslı əməliyyat ehtimalını istisna etməyib
Dünya 22:30
Tramp İrana qarşı daha genişmiqyaslı əməliyyat ehtimalını istisna etməyib
ABŞ-da zəlzələ olub
Dünya 18:58
ABŞ-da zəlzələ olub
Lavrov və Rubio Manilada Ukrayna müharibəsini müzakirə ediblər
Dünya 09:37
Lavrov və Rubio Manilada Ukrayna müharibəsini müzakirə ediblər
Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib
Dünya 00:25
Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol