• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsun Holdinq”in dəstəyi ilə “Vikipediya”nın 25 illiyi qeyd olundu

“Azərsun Holdinq”in dəstəyi ilə “Vikipediya”nın 25 illiyi qeyd olundu
21.04.2026 12:43

“Azərsun Holdinq” doğma dilimizin qorunması və xüsusən də rəqəmsal məcrada inkişaf etdirilməsi məqsədilə layihələrini davam etdirir. Bu layihələr çərçivəsində şirkətlər qrupu “Vikimedia Azərbaycan” İstifadəçi Qrupu ilə birgə “Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: #Vikipediya 25” adlı tədbir təşkil edib.

Panel-müzakirə formatında keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri “Azərsun Holdinq”in rəhbər heyəti, Azərbaycan Vikipediya icmasının və “Vikimedia Azərbaycan” İstifadəçi Qrupunun üzvləri, Vikimedia Fondunun Mərkəzi və Şərqi Avropa ölkələri üzrə regional qovşağı layihəsinin koordinatoru Barbara Klen iştirak ediblər. Müzakirələrdə Azərbaycan dilində Vikipediyanın zənginləşdirilməsi və süni intellekt dövründə bu platformanın vacibliyi əsas yer tutub.

“Vikimedia Azərbaycan” İstifadəçi Qrupunun İdarə Heyəti sədrinin müavini Aida Aslanova çıxışında Vikipediyada yer alan 200 min məqalənin arxasında böyük və fədakar bir icmanın dayandığını, əlavə olunan hər bir məqalənin isə gələcək nəsillər üçün qiymətli miras olduğunu bildirib. Bu icma Azərbaycanca Vikipediyada Azərbaycan dilini, mədəni irsini, tarixi şəxsiyyətlərini bu platforma vasitəsilə dünyaya çatdırır.

“Azərsun Holdinq”in baş direktorunun müavini Nazim Quliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğma dilimizlə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq Şirkətlər Qrupunun bu istiqamətdə müxtəlif layihələrin icrasına başladığını bildirib. O, həyata keçirilən “vikisun.az” layihəsi çərçivəsində şirkətin əməkdaşları tərəfindən Azərbaycanca Vikipediyaya 5 minə yaxın ensiklopedik məqalə əlavə etdiyini də qeyd edib.

“Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qeyd edib ki, Şirkətlər Qrupu 35 ildir ki, ölkənin qida təhlükəsizliyini təmin etməklə bərabər müxtəlif istiqamətdə sosial layihələr həyata keçirib: “Bu il Azərbaycan dili korporativ sosial məsuliyyət üzrə əsas istiqamətimizdir. Məqsədimiz illərdir ki, Vikipediyaya məqalə yerləşdirən gənclərə dəstək olmaqdır”.

Tədbir çərçivəsində icmanın aktiv üzvlərinə müxtəlif mükafatlar və təşəkkürnamələr verilib. Eyni zamanda, “Vikimedia Azərbaycan” İstifadəçi Qrupu tərəfindən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Tahir Gözelə, gənclər və idman naziri Fərid Qayıbova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyevaya təşəkkürnamələr təqdim olunub.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Cəmiyyət 12:42
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Cəmiyyət 12:32
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Cəmiyyət 11:55
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
Cəmiyyət 11:46
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Cəmiyyət 11:36
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib


Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub
Cəmiyyət 11:28
Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub
Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
Cəmiyyət 11:09
Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
Cəmiyyət 11:07
Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Cəmiyyət 10:59
Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol