• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Hesablama Palatasının hesabatı dövlət vəsaitlərinin idarə olunmasında sistemli problemləri göstərir

Deputat: Hesablama Palatasının hesabatı dövlət vəsaitlərinin idarə olunmasında sistemli problemləri göstərir
21.04.2026 13:05

Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyəti dövlət maliyyə idarəetməsində həm nailiyyətləri, həm də sistemli problemləri ortaya qoyur. Bu barədə Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Onun sözlərinə görə, Hesablama Palatası tərəfindən ötən il 6,7 milyard manat həcmində dövlət vəsaiti audit qiymətləndirilməsindən keçirilib ki, bu da illik büdcənin təxminən altıda birini əhatə edir. Hesabatda 584,8 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri və 342,9 milyon manat səmərəsiz xərclər müəyyən edilib.

Deputat qeyd edib ki, bu problemlərin ildən-ilə təkrarlanması dövlət qurumlarında planlaşdırma və icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir. O vurğulayıb ki, maliyyə təhrifləri qərarvermə prosesində istifadə olunan məlumatların etibarlılığına mənfi təsir edir.

Zahid Oruc əlavə edib ki, ayrılan vəsaitlərin effektivliyi əsas göstərici olaraq qalır və bəzi layihələr gözlənilən nəticəni vermir. O, Şamaxıda “Star LTD”, Mingəçevirdə “Kür” kompüter zavodu və avtomobil sənayesi üzrə bəzi müəssisələrin fəaliyyətinin gözlənilən səviyyəyə çatmadığını nümunə kimi göstərib.

Deputat icbari tibbi sığorta sahəsində də uyğunsuzluqlara diqqət çəkərək bildirib ki, vəsaitlərin proqnozlaşdırılması ilə real statistik göstəricilər arasında fərqlər mövcuddur və tariflərin müəyyənləşdirilməsi metodologiyası tam aydın deyil.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə toxunan Oruc qeyd edib ki, bəzi hallarda dövlət vəsaitlərinin istifadəsində səmərəlilik problemləri müşahidə olunur. O, kommersiya obyektlərinin dövlət büdcəsi hesabına tikilməsi hallarının məqsədəuyğunluğunu sual altına alıb.

Bundan başqa, deputat Şuşada Mərkəzi Xəstəxananın tikintisi başa çatsa da, istismara verilməsində gecikmələrin olduğunu və bunun əlavə risklər yaratdığını bildirib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Cəmiyyət 12:42
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Cəmiyyət 12:32
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Cəmiyyət 11:55
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
Cəmiyyət 11:46
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Cəmiyyət 11:36
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib


Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub
Cəmiyyət 11:28
Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub
Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
Cəmiyyət 11:09
Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
Cəmiyyət 11:07
Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Cəmiyyət 10:59
Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol