• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahın hava proqnozu açıqlanıb


Sabahın hava proqnozu açıqlanıb
22.04.2026 12:31

Aprelin 23-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18° isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Cəmiyyət 12:42
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Cəmiyyət 12:32
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Cəmiyyət 11:55
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
Cəmiyyət 11:46
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Cəmiyyət 11:36
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib


Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub
Cəmiyyət 11:28
Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub
Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
Cəmiyyət 11:09
Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
Cəmiyyət 11:07
Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Cəmiyyət 10:59
Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol