• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
24.04.2026 17:47

Şirkət TM Forum-un “Autonomous Networks Manifesto” sənədini imzalayaraq rəqəmsal transformasiya və süni intellekt əsaslı şəbəkə əməliyyat idarəçiliyində yeni mərhələyə qədəm qoydu 

“Azercell Telekom” MMC rəqəmsal transformasiya istiqamətində növbəti mühüm addımını ataraq, qlobal telekommunikasiya standartlarını müəyyən edən TM Forum tərəfindən irəli sürülmüş “Autonomous Networks Manifesto” sənədini rəsmi olaraq imzalayıb. Şirkət bununla Azərbaycan və MDB regionunda bu təşəbbüsə qoşulan ilk mobil operator olub.

Azercell və Aztelekom-un birgə həyata keçirdiyi “Autonomous Networks” layihəsi çərçivəsində əldə olunan bu nailiyyət Azercell-i qlobal səviyyədə innovativ texnologiyaların tətbiqinə öncülük edən operatorlar sırasına daxil edir.

Qeyd edək ki, Avtonom Şəbəkələr süni intellekt və maşın öyrənməsi texnologiyalarına əsaslanaraq insan müdaxiləsinə minimum ehtiyac duyan, özünü tənzimləyən, optimallaşdıran və nasazlıqları avtomatik aradan qaldırma funksiyasına malik idarəetmə modelidir. Bu yanaşma operatorlara şəbəkə idarəçiliyində daha yüksək dəqiqlik, çeviklik və dayanıqlılıq təmin edir.

Layihənin icrası nəticəsində Azercell-in əməliyyat səmərəliliyinin artırılması, müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi hədəflənir. Belə ki, müraciətlərin həlli müddətinin azalması, yeni xidmətlərin bazara çıxarılma və abunəçilərə çatdırılma proseslərinin sürətlənməsi gözlənilir. Eyni zamanda, proseslərin avtomatlaşdırılması hesabına əməliyyat xərclərinin (OPEX) optimallaşdırılması və insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsi təmin olunacaq.

Bununla yanaşı, Azercell və Aztelekom üzrə Avtonom Şəbəkələrə dair bütün mövcud və gələcək təşəbbüslər vahid proqram çərçivəsində, TM Forum standartlarına uyğun şəkildə mərkəzləşdirilmiş qaydada idarə olunur.

Qeyd edək ki, Azercell 2025-ci ildə telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan TeleManagement Forum-a (TM Forum) rəsmi üzv olub.  Şirkət innovativ texnologiyaların tətbiqi və strateji təşəbbüslər vasitəsilə ölkədə rəqəmsal ekosistemin davamlı inkişafına töhfə verməyi hədəfləyir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Cəmiyyət 11:55
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
Cəmiyyət 11:46
Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuz ölüm sayına görə ilk üçlükdədir
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Cəmiyyət 11:36
1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib


Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub
Cəmiyyət 11:28
Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub
Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
Cəmiyyət 11:09
Ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
Cəmiyyət 11:07
Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Cəmiyyət 10:59
Əsədov: Azərbaycan Gürcüstanın enerji sisteminə qəza zamanı operativ dəstək göstərib
Lətif Qasımov: Aqrar sahənin inkişafı yeni dövlət proqramı ilə sürətləndiriləcək
Cəmiyyət 10:37
Lətif Qasımov: Aqrar sahənin inkişafı yeni dövlət proqramı ilə sürətləndiriləcək

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Cəmiyyət 10:27
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol